Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Obama ilə üz-üzə gəlir, kimin şansı yüksəkdir?

Demokratlar Nümayəndələr Palatasında üstünlük qazanmaq üçün 23 əlavə yer almadırlar

ABŞ prezidenti Donald Tramp və onun demokrat sələfi, keçmiş prezident Barak Obama partiyadaşlarını çərşənbə axşamı günü Konqresə seçkilərdə səs verməyə təşvq etmək məqsədilə mitinqlər keçirir.

Trampın adı seçki bülletenlərində olmasa da, o dəfələrlə bildirib ki, Amerika seçiciləri Nümayəndələr Palatasındakı bütün 435 yerə, Senatda isə 100 yerin üçdə birinə namizədləri seçərkən ortada onun siyasəti və Ağ Evdə 22 aylıq fəaliyyəti kimi məsələlər durur.

Hazırda respublikaçılar Ağ Evə, habelə Konqresin hər iki palatasına nəzarət edir. Lakin siyasi təhlilçilərin proqnozlaşdırdığına görə, belə görünür, müxalif demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ ala biləcək, respublikaçılar isə Senatda 51-49 nisbətində az fərqlə üstünlüyü saxlamağa nail olacaq.

ABŞ siyasətinə dair Real Clear Politics veb səhifəsinin proqnozlarına əsasən, demokratlar 26 yer ala biləcək. Sosioloq Neyt Silver isə demokratların 38 yeri ala biləcəyini proqnozlaşdırır.

Konqresin palatalarından birinin nəzarətinin demokratlara keçməsi Trampın hakimiyyətinə ciddi təsir göstərə bilər.

Bəzi demokratlar artıq Trampın biznesi və onun hakimiyyətinin yürütdüyü siyasətlə bağlı təhqiqatlara başlamağa söz verir. Onlar həmçinin bir il yarım müddətində xüsusi prokuror Robert Müllerin 2016-cı ildə Trampın kampaniyasının Rusiya ilə əlaqələri və Trampın ədalətə mane törətməyə çalışıb-çalışmadığı ilə bağlı təhqiqatı əsasında impiçmentlə bağlı mümkün prosedurun başladılmasını vəd edir.

Tramp seçkilərə qalmış son altı gün ərzində 11 kampaniya tədbiri keçirməyi planlaşdırıb.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Qərbi Virciniya ştatında cümə günü keçirilən mitinqdə Tramp Nümayəndələr Palatasının nəzarətinin demokratlara keçməsinin mümkünlüyü perspektivlərini rədd edib. “Bu, baş verə bilər. Buna görə naharat olmayın. Mən həll edəcəm”-deyə, o bildirib.

Seçki kampaniyasının son günləri ABŞ lideri qeyri-qanuni mühacirətlə bağlı narahatlıqları diqqət mərkəzində saxlayaraq, Cənubi Amerika ölkələrindən Meksika ərazisi ilə istiqamət edən miqrant karvanlarının ABŞ-ın cənub sərhədini “ələ keçirməy çalışdığını” deyib.

Hazırkı prezidentin tənqidi ilə nadir hallarda çıxış edən keçmiş prezident Barak Obama son həftələr kursi dəyişərək, Trampın hakimiyyətini tənqid etməyə başlayıb.

Bu yaxınlarda keçirilən mitinqlərdən birində Obama deyib: “Biz dəfələrlə bizi qəzəbləndirmək və qorxutmağa yönəlmiş, bizim irqi, etnik və dini zəmində bölündüyümüz tarixə yönəlmiş ritorika vasitəsilə bizi ayırmaq cəhdlərinin şahidi olmuşuq”.

Tramp tərəfdarları Obamanın sözünü kəsməyə çalışanda o bunları deyib: “Bilirsiniz, bu, köhnə mahnıdır. Ona güclülər və imtiyazlılar nəzarət onların əlindən çıxanda üz tutur. Onlar hətta ölkəyə bunun zərəri olduğu, insanların təhlükəyə atıldığı halda belə hakimiyyətləri və imtiyazlarını saxlamaqdan ötrü insanları belə müvazinətdən çıxarmağa çalışırlar”.

Obama seçiciləri fəallaşdırmaq məqsədilə doğma Çikaqo şəhərində mitinqə qatılıb. O, İllinoys ştatının qubernatoru seçilmək üçün mübarizə aparan demokrat biznesmen Cey Robert Pitzkeri dəstək verir. Pitzker hazırda ştatın yenidən qubernatoru seçilmək istəyən respublikaçı Brüs Raunerlə rəqabət aparır.

Bundan sonra Obama qonşu İndiana ştatının Qeri şəhərində yenidən Senata altı il müddətinə seçilmək istəyən respiblikaçı biznesmen Mayk Braunun rəqibi- demokrat Co Donnelliyə dəstək məqsədilə mitinqdə iştirak edəcək.

Tramp cümə günü keçirilən mitinqdə Brauna dəstək bildirib. ABŞ prezidenti Brauna dəstək mitinqində iştirak etmək üçün bazar ertəsi günü yenidən ştata qayıdacaq.

Bazar günü Tramp Corciya ştatının cənubundakı Makon şəhərində tədbirə qatılıb. O, ştatın qubernatoru vəzifəsi uğrunda demokrat qanunverici Steysi Abramsla mübarizə aparan respublikaçı Brayana Kempə dəstək bildirir. Bundan sonra o, qonşu Tennessi ştatında Senat seçkilərində namizəd Marşa Blakbörnün xeyrinə mitinqdə iştirak edəcək. Son rəy sorğuları Konqresin qadın üzvü olan Marşa Blakbörnün Senata yer uğrunda mübarizədə ştatın keçmiş qubernatoru, demokrat Fil Bredesendən irəlidə olduğunu göstərir.

(Azadlıq radiosu)

pia.az


Etiket: Tramp Obama

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar