Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“KOBRA”nın Şura üzvü olmaqlığı… – Növbədə “gürzəpress”dir…

Mətbuat Şurası İdarə Heyətinin noyabrın 1-də keçirilən iclasında Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydalarına yeniliklər edilməsi qərara alınıb, həmçinin, MŞ-yə yeni üzvlər qəbul edilib

MŞ-dan verilən məlumata görə, müzakirələrdən sonra «ilkxeber.org», «belediyye.info», «qaziler.az», «musteqil.az», «qht.az», «azinforum.az», «bakutime.az», «big.az», «sim-sim.az», «kobramedia.az», «sonxeber.az», «metbuat.az», «tehsil-press.az», «missiya.az» saytları, həmçinin «Türkologiya» jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.

PİA.AZ “AzPolitika”ya istinadən xəbər verir ki, şuraya yeni qəbul olunan saytlar arasında “kobramedia.az” kimi qəribə adlı bir saytın olması ictimai diqqəti çəkib və sosial şəbəkələrdə geniş müzakirə və lağ mövzusuna çevrilib. Mövzuya münasibət bildirənlərin əksəriyyəti “kobramedia”nın MŞ-ya yol tapmasına lağlağı münasibət bəsləsələr də, Şuradan bu qeyri-ciddi qərara görə hesabat istəyənlər də az olmayıb.

Məsələn, fəaliyyəti dayandırılmış APA.TV-nin baş direktoru, tarix üzrə fəlsəfə doktoru Cavid İsmayıl “kobra”nın Mətbuat Şurasına üzv olmasına “Facebook”da 2 status həsr edib.MŞ-dan verilən məlumata görə, müzakirələrdən sonra «ilkxeber.org», «belediyye.info», «qaziler.az», «musteqil.az», «qht.az», «azinforum.az», «bakutime.az», «big.az», «sim-sim.az», «kobramedia.az», «sonxeber.az», «metbuat.az», «tehsil-press.az», «missiya.az» saytları, həmçinin «Türkologiya» jurnalı Mətbuat Şurasına üzv qəbul ediliblər.

Tanınmış jurnalist ilk statusunda yazır: “”Kobramedia.az” saytının Mətbuat Şurasına üzv olması münasibətilə Şura sədri Əflatun Amaşov başda olmaqla İdarə Heyətinin bütün üzvlərini və Azərbaycan jurnalistlərini təbrik edirəm. Baş redaktorunun yazısını başdan-ayağa Capslock-la dərc edən, başlıqdan sonra nöqtə qoyan bir saytın Mətbuat Şurasına üzv olması sevindirici xəbər olmaqla yanaşı, xalqımızı və ölkəmizi qarşıda daha xoş günlər gözlədiyinin nişanəsidir. Güzel günler göreceyiz, çocuklar!”

C.İsmayıl ikinci statusunda isə MŞ İdarə Heyətinə çağırış edib: “Adı da, özü də mətbuat adına karikatura olan “kobramedia.az” saytı Mətbuat Şurasının üzvlüyünə qəbul edilib. Bu qərara kimlər səs verib? Reket jurnalistlərə qarşı bu cürmü mübarizə aparılır? MŞ İdarə Heyətinin üzvləri media ictimaiyyətinə açıqlama verməyə borcludur”.

Bəs bu qəribə adlı sayt nə yazır, rəhbəri kimdir?

Saytla ilkin tanışlıqdan belə məlum olur ki, “kobramedia” “Kobra” adlı qəzetin onlayn versiyasıdır və demək olar ki, hər şeydən yazmağı qarşısına məqsəd qoyan universal bir saytdır. Hər halda saytın loqosunun altında bildirilir: “İctimai-siyasi, satirik-yumoristik, ədəbi-publisistik saytdır” (Saytın loqosunda belə hərf səhvinin olması, “ictimai” sözünün “içtimai” kimi yazılması isə gəlin hesab edək ki, texniki xətadır-R.Ə.). Saytın təsisçisi və baş redaktoru isə şair-publisist Valeh Mirzədir. Baş redaktor, özünün dediyinə görə 20 kitabın müəllifi və Yeni Azərbaycan Partiyasının üzvüdür. Şair, “kobramedia”nın yeganə əməkdaşıdır…

“Kobra”nın ana səhifəsində yarısı rus, yarısı Azərbaycan dilində bir neçə idman xəbəri və V.Mirzənin “kobra tək qoymayacaq heç zaman darda sizi” tipli “dərin məzmunlu”, orfoqrafik səhvlərlə dolu bir neçə yazısından başqa onun xeyli sayda fotosu və şeir deyərkən çəkilmiş bir videosu gözə dəyir.

Bəs, Cavid İsmayılın da dediyi kimi, həm adı, həm də yazıları ilə mətbuat adına karikatura olan bir nəfərlik belə bir “sayt”, necə olub ki, Mətbuat Şurasına üzv qəbul olunub? “Qafqazinfo” məsələ ilə bağlı saytın rəhbəri Valeh Mirzə və Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşovla əlaqə saxlayıb.

“Saytın adı mənim xoşuma gəlir. Burada nə var ki?”

V.Mirzə tənqidlərə cavab olaraq qeyd edib ki, rəhbəri olduğu sayt satirik-yumoristik və ədəbi-publisistik janrda fəaliyyət göstərir: “Saytın adı mənim xoşuma gəlir. Burada nə var ki? Necə olur ki, “sim-sim” adında sayt olur (Mətbuat Şurasının yeni üzvlərindən birinin də adı “sim-sim.az”dır – red.), yaxud da başqa qəribə, eybəcər adda saytlar olur, ancaq kobra ola bilmir? Heç kimin də saytına nə ad qoymasına iradım yoxdur. Bizdə satirik sayt yoxdur. O mənada mən bu adı seçmişəm. Kimin ürəyindən nə keçib deyirsə və tənqid edirsə, özü bilər”.

Sayt rəhbəri reketçiliklə məşğul olmadığını bildirib: “Mənim yazılarımı açıb oxumaq lazımdır. Hələ bir nəfər deyə bilməz ki, mən reket olmuşam. Özüm reketçiliyə qarşı mübarizə aparan jurnalistəm. Jurnalistikamızın şəffaflaşmasına, saflaşmasına, peşə hazırlığının yüksəlməsinə xidmət edən bir adamam. İxtisasca müəlliməm. “Azərbaycan müəllimi” qəzetində çalışmışam. İl yarım isə “Baku post” qəzetində baş redaktor olmuşam. Mən ancaq saf amallara xidmət etmişəm. Münaqişə zonasından həmişə kənarda olmuşam və bu cür bazarda da özümü görməmişəm.

“Kobramedia” mənim şəxsi saytımdır. O qəzet kimi 2003-cü ildən qeydiyyata alınıb. Qəzet buraxmaq imkanım yoxdur. Ona görə də öz yazılarımı dərc etmək üçün elektron versiyasını açmışam ki, heç kimdən yazılarımı dərc etməsi üçün xahişim olmasın. Heç kimə də jurnalist vəsiqəsi verməmişəm ki, gedib reketçiliklə məşğul ola”.

V.Mirzə saytının maliyyə mənbəyi və məqsədləri haqda isə bunları deyib: “Saytım heç yerdən maliyyələşmir. Heç kimin qoltuğunda deyiləm. 5 il olar ki, bu sayt fəaliyyət göstərir. Gələcəkdə saytların maliyyələşməsi baş verərsə, heç olmasa mən də bir dənə yazar işçi götürərəm. Sloqandakı seçdiyim cümlə də satirik janrdadır. Bu da kobranın dilindən deyilir. Özüm şairəm. 20-yə yaxın kitab müəllifiyəm. Satirik şeirlərim də həddindən artıq çoxdur”.

“Deyildi ki, imkan varsa saytın adını dəyişdirsin”

MŞ-nin sədri Ə.Amaşov isə bildirib ki, digər xəbər portalları kimi “kobramedia” da Azərbaycan Mətbuat Şurasının üzvü seçilib: “Bilirsiniz ki, Mətbuat Şurasına üzv olmaq üçün müəyyən prosedur qaydaları var. Onlar da üzv olmaq üçün quruma müraciət edirlər. Bundan sonra Mətbuat Şurası tərəfindən həmin media monitorinq edilir və izlənir. Əgər onlarla bağlı Mətbuat Şurasına şikayət gəlmirsə, yazılarda etik normalar gözlənilirsə onlar qeydə alınırlar.
“Kobramedia”nın üzv seçilməsi və onun adı müəyyən müzakirələrə səbəb oldu. Ancaq saytda daha çox satirik-yumoristik materaillar çoxdur. Saytla bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb. Saytın rəhbəri Valeh Mirzə də Azərbaycan və rus dillərində mükəmməl yazılar yazan jurnalistdir. Azərbaycan dövlətinə xidmət edən və kifayət qədər peşəkar yazıların müəllifidir. Bu baxımdan da Mətbuat Şurasına üzv qəbul edilib. Mən bunda heç bir qəbahət görmürəm.

Saytın adının araşdırılması məsələsi ona təklif olundu. Deyildi ki, imkan varsa saytın adını dəyişdirsin”.

Reketçilik fəaliyyətinə gəlincə isə Amaşov vurğulayıb ki, saytda ola bilsin ki, hansısa sərt ifadələr işlənsin: “Çünki saytın mahiyyəti satirik ruhdadır. Ancaq o saytda reket yazıların getməsi ilə bağlı Mətbuat Şurasına heç bir şikayət daxil olmayıb”.

“Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik”

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Azadınform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev isə BakuPost-a açıqlamasında bildirib ki, hər hansı bir qəzetin və yaxud da saytın adı ilə bağlı tənqidi müzakirələr normaldır: “Biz bu saytın adının “kobramedia.az” olduğunu əsas göstərib Şuraya üzv qəbul etməyə bilməzdik. KİV orqanlarının üzvlük məsələsi onların adına görə deyil, fəaliyyətinə görə müəyyən edilir. “Kobrameda.az”-ın təsisçisi tanınmış jurnalist, uzun illər Azərbaycanın sanballı media orqanlarında çalışan, adı hansısa reket fəaliyyətində hallanmayan Valeh Mirzədir. V.Mirzə həm də şairdir. Saytın adı ilə bağlı biz də suallar verdik, hətta dəyişdirlməsi təklif olundu, onun da cavabına hörmətlə yanasdıq”.

N.Niftiyev bildirib ki, saytın adını müzakirəyə çıxarıb Mətbuat Şurası İdarə Heyəti üzvlərini tənqid edənlər haqlı deyillər: “Biz Valeh Mirzənin və saytının fəaliyyətində qeyri-qanuni heç nə görməmişik, saytla və baş redaktorla bağlı heç bir müraciət, şikayət yoxdur. Adı əsas gətirib Şura üzvlüyünə müraciətinə rədd cavabı verə bilməzdik”.

##relatedPostMilli##

Mətbuat Şurası İdarə Heyətinin üzvü, “Bizim Yol” qəzetinin baş redaktoru Bahəddin Həzi sözügedən saytın Mətbuat Şurasına üzv olmasına səs vermədiyini bildirib: “”Kobramedia.az” saytının Mətbuat Şurasına üzv qəbul olunmasına səs vermədim. Həmin saytın rəhbərliyinə tövsiyəm: saytın adını dəyişin”.

“Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa…”

Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli Moderator.az-a açıqlamasında deyib: “Mətbuat Şurası saytları axtarıb üzvlüyə qəbul etmir, kimlər bizə müraciət edirsə, onlar üzvlüyə götürülür. Burda əsas seçim prinsipi üzvlüyə qəbul olmaq istəyən media qurumunun Azərbaycan jurnalistikasının etik kodeksinə əməl edib-etməməsidir. Biz məsələyə bu cür yanaşırıq. KİV qurumunun adı ictimai maraqlara, ümumilli məsələlərə zidd deyilsə, adın bizim üçün önəmi yoxdur. Adı çəkilən saytda müəyyən sahə üzrə ixtisaslaşmış bir KİV qurumudur. Əgər hər hansısa bir sayt uğurlu bir ad seçib, fəaliyyət göstərirsə, fəaliyyəti də uğurlu alınır. Yox əgər uğurlu olmursa, cəmiyyət onu qəbul etmir. Bunun Mətbuat Şurasına aidiyyatı yoxdur.

Sosial şəbəkələrdə kimlərsə məsələyə lağlağı kimi baxırlar, amma bir az diqqətli olmaq lazımdır. Sayta məşhur adlar seçib gedib şantajla məşğul olmaqdansa, özünə uyğun ad götürüb normal fəaliyyətlə məşğul olmaq daha yaxşıdır. Bu gün bizim “qara siyahı”ya baxsaq, Azərbaycanın ən gözəl adlarını götürən media qurumları var ki, “reketçilik”lə məşğul olublar. Bu gün əslində ittiham hədəfinə onlar çevrilməlidir”.

Göründüyü kimi, sən demə “kobra”nın əməlli-başlı hörməti varmış. İndi qalır “gürzəpress”in Mətbuat Şurası üzvlüyünə şahidlik etmək…

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar