Bazar ertəsi, 21 Yanvar 2019
USD : 1.7
EUR : 1.996
Hava
+6 ° Baku
-0 ° Quba
-0 ° Qusar
+4 ° Gəncə
+5 ° Lənkəran
+3 ° Naxçıvan
+6 ° Salyan
+3 ° Şəki

Biseksual və sadomazoxist: Hitlerlə bağlı yeni faktlar məxfi sənədlə üzə çıxarılıb

XX əsrin ən dəhşətli diktatoru hesab edilən Adolf Hitlerin həyatı hər zaman maraq dairəsində olub. Onun şəxsi həyatı və bunun siyasətə sirayəti müzakirə edilən mövzuların başında gəlib

Bu haqda çox sayda araşdırmalar aparılsa da ABŞ kəşfiyyatının hazırladığı sənəddə qeyd olunan faktlar diktatorun həyat tərzini hər detalına qədər ortaya qoyur. Sinifləşdirilməyən sənədlər “tam məxfi” adı altında Strateji Xidmətlər Ofisi tərəfindən ABŞ-ın müharibəyə (II Dünya Müharibəsi) qoşulduğu ildən (1941) sonra 1943-ci ildə hazırlanıb.

Məxfi sənəd ABŞ prezidenti Ruzveltin köməkçisi olan antropoloq Dr. Henri Fild tərəfindən mayor Con MakDonofa göndərilib. Mesajda yazılır: “Mən təhlükəsizlik məsələlərinə məsul olaraq qeyd etməliyəm ki, bu sənəd tam məxfidir”.

68 səhifəlik hesabat Hitlerin şəxsiyyəti, maraq dairəsi, fiziki vəziyyəti, dieti, dini və cinsi həyatı haqqında hər xəbəri özündə cəmləşdirib. Hər kateqoriyada Hitler haqqında məlumat verilib.

Sənədə əsasən hər bölüm üzrə Hitler haqqında bilinməyən faktlar bunlardır:

Ailə: Hitlerin anası atasından üç yaş balaca olub və atası ilə qohumluğundan əlavə bir tərəfinin Çex olduğu da bildirilir. Hitler 1889-cü ildə doğulanda atasının 52 yaşı olub. Hitler xoşbəxt ailədə böyüməyib. Bunda atasının sadist olması da böyük rol oynayıb. Bu barədə məlumatı Hitlerin ögey qardaşının keçmiş arvadı Bricit Hitler verib. Bricitin söylədiyinə görə, atası evlərindəki köpəyi yerə sərilənə qədər döyürmüş. Nəinki köpək, uşaqları və arvadını da vəhşicəsinə döydüyü bildirilir.

Hitlerdə Narkiss və Oedipus kompleksinin olması bununla əlaqədardır. Anasının onun həyatında və yetişməsində böyük rolu olub. Təsadüfi deyil ki, 20 yaşında anasını itirən Hitler “həyatımın ən böyük itkisi” deyə hər zaman söylərdi.

Təhsili: Hitler “professor“ tipində olmağı xoşlamayıb. O, təhsili o qədər də önəmli hesab etməyib, o dərəcədə ki, 1932-ci ildə ona Almaniya vətəndaşı olması üçün Draunsşveyq Hökumətinin təklif etdiyi təhsil dərəcəsini belə, rədd edib.

Xarici dil: Alman dilindən başqa heç bir dildə danışa bilməyib.

Hitler qeydlərini özü alırmış. Heç bir zaman çap formatında məktub yazmayıb. Qeydlər almayan Hitler hər zaman qarışıq bayraq və cizgilər çəkirmiş.

Mütailə edən birisi olmayan Hitler sadəcə özünə lazım və marağı olan kitabları oxuyub. O, Böyük İsgəndər, Solon, Yuli Sezar, Məhəmməd Peyğəmbər, İsa Peyğəmbər, Napaleon, Kutusov, Bismark və s. böyük şəxsiyyətlərin əsərlərini oxuyub. Hitlerə yaxşı aforizmlər kifayət edib. Napaleona olan xüsusi rəğbətini gizlədib.

Fiziki durumu: Hitler çox titiz olub. O, heç vaxt paltosunu kiməsə tutması üçün verməyib. Ənənəvi tərzdə geyinən Hitler parfümdən istifadə etməyib. Hitlerin bığlarına gəlincə məsləhətçiləri onu dəyişdirməsi gərəkdiyi desə də, o, israrla “mənim tərzim budur, sabah hər kəs də bu tərzdə olacaq” söylərmiş.

Avtomobil sürə bilməyib. Havanın necə olmasından asılı olamayaraq da açıq hava tərcihi olub. Hava durumu yaxşı olmayıbsa bayıra çıxmağa üstünlük verməyib.

Görmə qabiliyyəti zəif olub. Buna səbəb 1918-ci ildə qaz zəhərlənməsinin olduğu bildirilir. Aşırı dərəcədə işıqlılıq tərəfdarı olub. Buna baxmayaraq gözlük taxmağı məcbur olana qədər rədd edib.

Səsinin təsirli olması üçün hər zaman xüsusi içkilər içib.

Yatmaq üçün dərmanlar qəbul edirmiş

Hitlerin Landsberq həbsxanasından sonra yatmaq problemi olub. Hətta yatmaq üçün dərmanlar da qəbul edirmiş.

Sudan qorxub

Hər anlamda cəsur olduğu bildirilsə də Hitlerin tək qorxduğu şey su olub. Suyu heç vaxt xoşlamayıb və üzə bilməyib.

Səhər yeməyini 9.30 da edirmiş. Yemək zamanı dərmanlar qəbul edirmiş. Süd, alma, marmalad, və kofe səhər yeməyinin menyusu olub. Qarışıq yemək tərzi olan Hitlerin şokoladı çox sevdiyi bildirilir.

Spirtli içkilər içməyib

Həbsdən çıxdıqdan sonra pivə və digər alkoqollu içkilər içməyi tərgidib. İsti çay və kofe sevimli içkiləri olub.

Siqareti nitq söyləyə bilməsi üçün tərk edib. Yaxşı natiq olmaq üçün bu onun üçün şərt olub. Siqaret onun olduğu ortamda və nitq söylərkən qadağan edilib.

Mühafizəsi: Hitler həmişə sürücünün yanında oturub. Maşının şüşələri güllə keçirtməz olub. Arxa oturacaqlarda da mühafizəçilər olub. Hitler ətrafında, xüsusi ilə də mitinqlərdə çox mühafizəçi ilə görünməyi xoşlamayıb. Ona görə ki, bu, kütləni qorxuya salmaqdan başqa bir şey deyil. Lakin şəhər kənarında yürüş edərkən 5-6 mülki geyimdə mühafizəçi qoruyub. Hitler yalnız günortalar yürüyüşə çıxırmış. 1933-cü ildən onun mühafizəsi artırılıb və buna görə də diktator özünü həbsdə hiss edirmiş.

Musiqiyə gəlincə Hitler klassik musiqi ilə məhdudlaşan musiqini xoşlamayıb. Musiqi onun üçün əyləncə deyil, bir növ düşünmək və istirahət etmək funsiyasını daşıyıb. O, adətən Vyana kafelərində çalınan musiqilərə qulaq asmağa üstünlük verib. Hakimiyyətə gəldikdən sonra Lehar və Cohan Straussun Vyana musiqisini sevirmiş. Qramafonda Cüzeppi operalarını dinləməyi xoşlayırmış. Konsertləri xoşlamayan Hitler operaya tez-tez gedirmiş və hər zaman lojada otururmuş.

Amerika musiqisindən təşviqat üçün istifadə edib. Partiyasının təşviqatında Amerikan musiqisinə istifadə edildiyi bildirilir.

Teatrı və rəqsi xoşlamayan Hitler sirki çox sevərmiş. Az maaşlı sirk oyunçularının canlarını riskə ataraq oyunlar göstərməsindən diktator zövq alıb. O, xüsusilə də cambazları və trapez sənətçiləri heyranlıqla izlərmiş. Təhlükəli oyunlar sərgiləyən qadın oyunçulara çiçək, şokolad da göndərirmiş. Heyvanlara gəlincə əgər səhnədə təhlükədə olan qadın rol oynayırdısa həmin səhnələrə Hitler baxarmış.

Mətbuat Hitler üçün çox önəmli olub. O, bütün xəbərləri oxuyub, xüsusilə də Amerika hərbi qüvvələri ilə bağlı bütün xəbərləri izləyirmiş. Radio Hitlerin olduğu hər məkanda olub. O, siyasi verilişlər xaric dram verilişlərini də dinləməyi çox sevib.

Ümumiyyətlə, Hitler dram, əzablı hekayələr, qəmgin musiqiləri çox xoşlayıb. Filmlərə isə Hitler özəl otağında baxıb. O vaxtı Almaniyada qadağan olunan filmlərə də Hitler baxarmış. Komediyaları, xüsusən də yahudi komediyaları Hitlerin favorisi olub. Lakin Hitlerin marağında daha çox siyasi görüşlərinə görə həbs olunanlar, sürgün həyatları haqqında filmlər olub. Onun bu filmlərlə sadistik xüsusiyyətini məmnun etdiyi düşünülməkdədir. Onun porno filmlərə də baxdığı istisna edilmir.

Dinə gəlincə əvvəllər Katolik kilsəsinə inanan Hitler, həbsdən sonra o dinə qarşı olub.

Şəxsi həyatı: Diktatorun Eva Braunla sevgili olduğu məlum olsa da, eyni zamanda öz bacısı qızı ilə münasibətinin olduğu dedi-qodusu da aparılır. Lakin Amerika kəşfiyyatının ən gizli sənədində Hitlerin homoseksual olduğu xüsusilə qeyd edilir. Hesabata görə, Hitler gey olub və yeniyetmə oğlanlarla münasibəti olub.

Hesabatda Hitlerin sadomazoxist olduğu da qeyd edilib. Onun zaman-zaman əlində qamçının olması, sirklərdə qamçılarla sərgilənən oyunlara maraq göstərməsi bu xüsusiyyətini göstərən faktlar kimi qeyd edilir. Maraqlısı odur ki, Hitlerə üç qamçı hədiyyə edilib və üçü də partiyanın qadın dəstəkçiləri Frau Elza Bruksman, Frau Helen Beçsteyn və Frau Büçner tərəfindən verilib.

Bundan əlavə onun nasist liderlərindən biri olan Rudolf Hesslə münasibətinin olduğundan danışılır. Sənəddə qeyd edilir ki, “homoseksualların üzv olduğu təşkilatda Rudolf Hess “Froylen Anna” adını daşıyıb və bir neçə toplantıda qadın paltarları geyinməsi ilə məşhur olub. Hitlerin Hessə münasibətinin 1923-cü ildə həbsdə olarkən yarandığı bildirilir.

Tarixi məlumatlara görə, Hess “Xanım Hess”, “Paula”, “Grette”, “Emma” qadın adları ilə tanınıb. 1910-13-cü illərdə Hitler Vyanada yaşayarkən yaşlı kişilərin gənc oğlanlarla münasibətdə olduğu hosteldə qaldığı faktına yer verilib.

Qeyd edilməlidir ki, Adolf Hitler Üçüncü Reyxin lideri olduqdan sonra homoseksualları ciddi şəkildə təqibə alınıb onlara işgəncə verdirib. Təxminən 15000 nəfər konsentrasiya düşərgələrinə cəmiyyətə zərərli damğası ilə göndərilib.

Sənədin analiz bölümündə qeyd edilir ki, Hitler həm homoseksual, həm də heteroseksual olub; həm sosialist, həm də milliyətçi olub; həm qadın, həm də kişi olub.

Hitlerin həyatını əks etdirən bu qədər məxfi və detallı bilgilər Hitlerin 20-30-cu illərdə ən yaxın adamlarından biri olan Ernsta Secvik tərəfindən verilib. Secvik nasist partiyasında öncül liderlərdən biri olub. Maraqlı fakt odur ki, Secvik nasistlərdən uzaqlaşıb və Ruzveltin etibar etdiyi adamlardan biri olub. Bütün bunlarla yanaşı sənəddə bildirilir ki, o, Hitler haqqında çox qiymətli məlumatlar verib. Secvikin amerikalılara yarınmaq üçün bütün bunları uydurduğu isə sual altındadır. Lakin Hitler və onun ailəsi haqqında hər incə detalı əks etdirən sənədin bir şəxsin müşahidəsi ilə olmadığı görülməkdədir.(musavat.com)

pia.az

Şərh yazın.

loading...