Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında X tura yekun vurulacaq

Son oyun günündə iki matç keçiriləcək.

Əvvəlcə “Qəbələ” debütant “Sabah”ı qəbul edəcək. "Sabah" ilk dövrədə rəqibini Marko Deviçin qolu ilə üstələməyi bacarıb. Son turlarda toparlanmağı bacaran meydan sahibləri həmin məğlubiyyətin əvəzini çıxmağa çalışacaqlar.

Hazırda “Qəbələ” 9 xalla 6-cı, “Sabah” isə 16 xalla 4-cü pillədə qərarlaşıb.

Hesabat turuna “Zirə” - “Səbail” görüşü ilə yekun vurulacaq. Zirə Olimpiya Kompleksinin stadionu təmirdə olduğu üçün qəsəbə təmsilçisi rəqibini “Bakcell Arena”da qəbul edəcək.

Bu komandalar arasında ilk dövrədə baş tutmuş dueldə Rahid Əmirquliyev və Pərdis Fərcad-Azadın qarşılıqlı qolları ilə heç-heçə qeydə alınsa da, matçın nəticəsi "Zirə”nin limiti pozması səbəbindən ləğv olunub və kluba 0:3 hesablı texniki məğlubiyyət verilib. Turnirin reqlamentinə əsasən, protokola 1998-ci il və ya daha gənc təvəllüdlü futbolçu daxil edilməli olduğu halda, zirəlilər buna əməl etməyib. Bu komandaların əvvəlki 5 oyunundan 3-də uduzan tərəf “Səbail” olub. Bir görüşdə isə heç-heçə qeydə alınıb.

Sonuncu – 8-ci sırada olan “Zirə”nin 4 xalı var. “Səbail” isə 16 xalla 3-cü yerdədir.

Qeyd edək ki, ilk oyun günündə “Neftçi” “Keşlə”ni 1:0, “Qarabağ” isə “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub edib.

Azərbaycan Premyer Liqası, X tur

4 noyabr (bazar)

17:00. “Qəbələ” – “Sabah”

Hakimlər: Rəvan Həmzəzadə, Mübariz Haşımov, Vüqar Bayramov, Mahir Məmmədov

Hakim-inspektor: Şahin Cəfərov

AFFA nümayəndəsi: Əsgər Əmirəliyev

Qəbələ şəhər stadionu

I dövrə - 0:1

19:00. “Zirə” – “Səbail”

Hakimlər: Rəhim Həsənov, Zeynal Zeynalov, Rza Məmmədov, Nahid Xasıyev

Hakim-inspektor: Vüsal Əliyev

AFFA nümayəndəsi: Erkin Hüseynov

“Bakcell Arena”.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar