Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni dairələrin əlində Aslana dönən Allahverdini özünə qaytarmalıyıq

Ötən günkü – 03.11.2018 tarixli buraxılışında “Türkiyə mediasındakı gizli və aşkar erməni dəstəkçiləri” sərlövhəli yazı diqqətimi cəlb etdik

Yazıda Türkiyə mediasinda vaxtaşırı Azərbaycanın əleyhinə aparılan təbliğatdan bəhs olunur və daha sonra bunun bir xəta olduğunun etiraf edilərək üstündən keçirildiyi bildirilir. O da qeyd olunur ki, müxtəlif mətbu orqanlarda tez-tez baş verən bu “xətalar” əslində erməni təbliğat siyasətinin tərkib hissəsidir, məqsəd isə Azərbaycana ən yaxın ölkədə, strateji müttəfiq adlandırdığımız qardaş Türkiyədə vətənimiz barədə “qara piar” kampaniyası aparmaqdır.

Müəllifin fikirlərinə istinad etdiyi “Kafkassam” Araşdırmalar Mərkəzinin sədri Həsən Oktayın dediyinə görə, Türkiyədə elektron media və eləcə də çap mediasında ümumi olaraq sol marksist və Qərbyönlü insanlar daha fəaldır və ermənilər bu vəziyyətdən yararlanırlar: “Erməni əsilli jurnalistlər bunu bildikləri üçün marksizm və sol ideologiya üzərindən rəhbər şəxslər vasitəsilə Türkiyədə erməni lobbisi qurmağa çalışdığı iddiaları var. Oxşar tendensiya Moskvada da, Vaşinqtonda da var. Buna təzyiq qrupları və ya lobbi fəaliyyəti də deyə bilərik”.

Doğrudan da uzun illər boyu türklərin əleyhinə qaralama kampaniyası aparan və uşaqlıqdan bu ruhda böyüdülən ermənilərin təkcə Türkiyədə deyil, bütün dünyada bu məkrli əməllərlə məşğul olduğu heç kimə sirr deyil. Sözsüz ki, dünyadakı bir ovuc erməninin istər insan gücü, istərsə də maliyyə imkanları baxımından qat-qat zəif olduğu Türkiyə və Azərbaycana qarşı tək başına bu dərəcədə effektli ideoloji mübarizə aparması ağlasığmazdır. Bu effektiv ideoloji mübarizənin arxasında mütləq mənada hansısa imperialist maraqlar və qüvvələr dayanır. Osmanlı tarixini az-çox bilənlər yəqin razılaşarlar ki, ötən əsrin əvvəllərində baş verən “erməni məsələsi” də məhz bu imperialist dairələrinin təşviqilə ortaya çıxmış və 1915-ci il hadisələri törədilmişdir.

Məlum olduğu kimi, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində islam mədəniyyətinin aparıcı qüvvəsi olan Osmanlılar sənaye inqilablarının gətirdiyi yeniliklərə qapılarını bağlayır və iqtisadi tərəqqidən tutmuş bir çox sosial fəaliyyətlərə qədər modernləşmə hərəkatlarına “kafir icadı” deyərək özündən uzaqlaşdırırdı. Türk insanı əsasən feodal təsərrüfatla və orduda xidmətlə məşğul olur və bunu daha şərəfli iş sayırdı. Nəticədə “kafir icadı” elan olunan sahələr imperiyanın daxilində yaşayan xristian və yəhudi əhalinin əlinə keçirdi. Məhz bunun nəticəsidir ki, Osmanlı imperiyasının xristian təbəələri olan Balkanlar hələ 19-cu əsrin ortalarından etibarən modernləşmə mərhələsinə girərək müstəqilliyini elan etmiş, azsaylı yəhudilər öz ata-baba sənədləri olan finans sahələrində böyük nailliyyətlər qazanmışdılar. Osmanlı imperiyasının faktiki olaraq bütün maliyyə gücü onların və indiki Türkiyə ərazilərində məskunlaşan ermənilərin əlində cəmləşmişdi. Dünyanın enerji mənbəyi kimi Yaxın Şərqə sahiblənmək istəyən Qərb imperializminin isə tamahı böyük idi. Qərblilər Balkanlarla kifayət istəmir və Osmanlı imperiyasını həm dağıtmağa, həm də bu əraziləri öz şirkətlərinin bazarına çevirmək istəyirdilər. Müsəlman türklərin könüllü olaraq “kafir icad”larından imtina etməsi isə bu coğrafiyada yaşayan xristianların işinə yarayırdı. İndiki Türkiyə ərazisində məskunlaşan xristian topluluq isə ermənilər idi. Məhz bu səbəbdən də Qərb sənayeçiləri və maliyyə qurumları öz tərəfdaşlarını ermənilər arasından seçirdi.

Ermənilərin üstünlük verdiyi, türklərin isə könüllü imtina etdiyi sahələr isə əsasən bunlar idi: mətbəəçilik, bankçılıq və o dövrün informasiya texnologiyaları. 18-ci əsrin sonlarında artıq İstanbulda yağışdan sonra köbələk kimi artan mətbəələrin və digər informasiya texnologiyalarının böyük əksəriyyəti ermənilərin əlinə keçmişdi. Təsadüfi deyil ki, erməni qətliamlarının davam etdiyi iddia olunan 1908-1915-ci illərdə Osmanlının ən mühüm dövlət postları ermənilərin hakimiyyəti altında idi:

Agop Kazasyan Paşa-Maliyyə Naziri
Qabriel Noradunkyan- Xarici İşlər Naziri
Marşal Garabet Artın Davud – PTT (İnformasiya Texnologiyaları) və Abadlıq İşləri Naziri
Ohannes Saqqız Paşa – Xəzinə Naziri
Bedros Hallacyan – Abadlıq Naziri
Oskan Mardikyan- PTT Naziri
Saqqız Ohannes paşa- Xəzinə Naziri

BƏZİ ERMƏNİ ƏYANLARI (SENATORLAR):

Marşal Ohannes Kuyumcuyan
Abraham Erenyan Paşa
Mana Azaryan

BƏZİ ERMƏNİ DEPUTATLAR (31 nəfərdən bəziləri)

Agop Babikyan-Tekirdağ,
Kegam Dergarabedyan- Muş,
Karakin pastırmacıyan- Ərzurum,
Vahan Papazyan- Van,
Artın Boşgezenyan- Hələb,
Krikor Zohrep- İstanbul,
Bedros Hallacyan-İstanbul,
Karabet Tomayan- Kayseri,
Nazaret Dagavaryan- Sivas.

DÖVLƏTİ TƏMSİL EDƏN BƏZİ ERMƏNİ SƏFİRLƏR

Dikran Aleksanyan- Brüssel Səfiri,
Yetvart Zohrab- London Səfiri,
Dikran Tıngır- Berlin Səfiri,
Garabet Artın Davud- Berlin - Vyana Səfiri,
Marşal Ohannes Kuyumcuyan-Roma Səfiri.

ALİ MƏHKƏMƏNİN BƏZİ ERMƏNİ ƏSİLLİ ÜZVLƏRİ

Andon Pulsuz Yavər Paşa, Abraham Yeramyan Paşa,
Mihran Düz, Bedros Kuyumcuyan.

Qərb imperializminin səyləri ilə bir çox mətbəələrin də Türkiyə ermənilərinin əlinə keçdiyini nəzərə alsaq, qardaş ölkənin media qurumlarında Azərbaycanın əleyhinə niyə bu qədər ciddi təbliğat aparıldığını anlamaq mümkündür.

Maraqlıdır ki, Azərbaycanın milli maraqlarına qarşı təbliğat aparan ermənilər yalnız Türkiyə mediasını işğal etməyib. Onlar türkiyəli analitik Həsən Oktayın dediyi kimi, eyni metodlarla hətta Azərbaycanın daxilində də özlərinə tərəfdar tapa biliblər. Yenə də bu işdə onlara Qərb imperialistlərinin ölkəmizdəki təmsilçiləri ən böyük dəstəyi verirlər. Sözsüz ki, öz himayədarlarının təlqinləriylə. Hər halda bu gün Türkiyəli ermənisi Andranik Raffı Pozanyanın, Arto Sevan Oskanyanın və onların Türkiyədəki ortaqları Ömür Oralın müdafiəçisinə çevrilən Aslan İsmayılovun özü belə pos-sovet məkanında rəngli inqilablar törətmək istəyən ABŞ milyarderi Sorosun tələbəsi olduğunu gizlətmir. Onu da gizlətmir ki, Azərbaycan məhkəmələri Aslan İsmayılova ölkədən çıxmaq qadağası qoymaqla faktiki olaraq xaricdən gələn maliyyə qaynaqlarını qurudub və özünü Azərbaycanın ən yaxşı hüquqşünası kimi görən bu adam hələ vəkil işlədiyi zamanlarda belə xaricdən maliyyələşirmiş. Ötən yazımızda da qeyd etdiyimiz kimi, onun eyni anda həm Türkiyə, həm Rusiya, həm Gürcüstan, həm də ABŞ hüququnu dərindən bilməsi mümkün olmadığından xaricdən gələn maliyyənin vəkillik qonorarı olması barədə dedikləri inandırıcı görünmür və Azərbaycan hüquq mühafizə orqanları bu etirafdan çıxış edərək Aslan İsmayılovun fəaliyyətini incələməlidir.

Ermənilərin Qərb imperializminin təlqinlərilə öz separatçı fəaliyyətlərinə Türkiyədən başlamasını, türkiyəli analitik Həsən Oktayın bu gün də həmin fəaliyyətin sürdüyünü etiraf etməsini və Aslan İsmayılovun Azərbaycanın bütün hakimiyyət qurumlarının üstünə hücum tapşırığının da məhz həmin dairələrdən alması ehtimalı nəzərə alanda ortaya qorxunc bir tablo çıxır. Belə məlum olur ki, Azərbaycan dövlətinin suverenliyinə qarşı hücumlar Türkiyədə yüzillərlə kök atmış imperialist çevrələr tərəfindən təşkil olunur. Bu mənada Aslan İsmayılovun heç bir hüququ olmadan (axı o, indi heç hüquq nümayəndəsi də deyil) kimlərinsə (özü də xarici vətəndaş olan ermənilərin) vəkilliyini etməsi heç də təəccüblü görünmür. Onun bu məcburi vəkilliyi ağla yalnız bir ehtimalı gətirir: Aslan İsmayılov hansısa səbəbdən Qərb imperializminə bağlı ermənilərin təsir dairəsindədir və bu məngənədən çıxa bilmir. Hesab edirəm ki, Azərbaycan hüquq mühafizə orqanları bu məcburi vəkilliyin əsl səbəblərini araşdırmalı və erməni lobbisinin əlində Aslana dönən Allahverdini bu təhlükəli vəziyyətdən xilas etməlidir. Axı, o da necəliyindən asılı olmayaraq bu ölkənin övladıdır və dövlət öz vətəndaşına sahib çıxmalıdır.(musavat.com)

Mürvət Həsənli

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar