Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Tramp Azərbaycana xüsusi önəm verəcək”

"Son iki həftə ərzində Vaşintqonu təmsil edən üç ayrı-ayrı siyasətçinin Dağlıq Qarabağ məsələsində Azərbaycan tərəfinin mövqeyində durmasının bir sıra səbəbləri var"

Bunu politoloq Zaur Məmmədov deyib.

Politoloq ABŞ-ın Ermənistan-Azərbaycan münaqişəsinə yanaşmasının dəyişməsində Azərbaycan-İsrail münasibətləri faktoruna diqqət çəkib:

“Birincisi, Tramp- Kuşner- Liberman amilidir. Azərbaycan və İsrail arasında strateji əməkdaşlıq Respublikaçılarla Bakı arasındakı münasibətlərə ancaq müsbət təsir edə bilər. Tramp Azərbaycana xüsusi önəm verəcək, əlbəttə, onun özü daxili “düşmən”ləri ilə münasibətlərini sahmana sala bilsə…

BMT sammitini xatırlamaq lazımdır. Sentyabr ayında Tramp və vitse - prezident Mayk Pens Paşinyana “səni qəbul etməyə vaxtım yoxdur” mesajını verərək, onu qapı arxasında qoymuşdular. Dünya yəhudi lobbisi İsrail, AzərbaycanABŞ arasında müttəfiqliyin qurulması üçün iş başına keçib. Bakı indi həm bu istiqamətdən, həm də Moskvadan gələn təklifləri dəyərləndirir”.

Zaur Məmmədov hesab edir ki, Ermənistandakı yeni nəsil yavaş-yavaş Rusiyadan qopsa da, erməni diasporu Baş nazir Nikol Paşinyanın arxasında dayansa belə, bu ölkənin Moskvadan uzaqlaşması mümkün deyil:

Ermənistan generallarından tutmuş oliqarxlarına kimi, iqtisadiyyatından tutmuş ərzağa qədər rus qapazı altındadır. İranla mübarizədə də Ermənistan ABŞ-a lazım deyil. Bu mənada İranın şimalında yerləşən Azərbaycan ciddi əhəmiyyət kəsb edir. Hətta İran belə bu həftə Qarabağ məsələsində Bakını dəstəklədi.

Beləliklə, Vaşinqton və Moskvanın atacağı addımları gözləyirik. Paşinyanın isə güllərin açmasına qədər vaxtı var”. (teleqraf.com)

pia.az 


Etiket: Tramp Azərbaycan

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar