Çərşənbə axşamı, 07 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanda şaxtaçılar 300 metr dərinlikdə yerləşən şaxtadan çıxmaqdan imtina edirlər

Gürcüstanın Tkibuli şəhərində kömür mədənlərinin fəaliyyətinin bərpa olunması ilə bağlı şaxtaçılar etiraz aksiyası keçirir. Dünən axşam saatlarında Dzidziquri adına mədənə enən şaxtaçılar oradan çıxmayıblar

25 nəfərə yaxın şaxtaçı 300 metr dərinlikdə qalmaqda davam edir. Şaxtaçılar hökumətdən mədənlərdə istehsal prosesinin dərhal bərpa olunması və təhlükəsizlik normalarının maksimum təmin olunmasını tələb edirlər. Onlar tələbləri yerinə yetirilməyənədək mədəndə qalacaqlarını bildiriblər.

Digər şaxtaçılar isə bu gün saat 12:00-da Tkibuli meriyası qarşısında etiraz aksiyası keçirəcək.

Qeyd edək ki, bu ilin iyulun 16-da Tkibulidəki Mindeli mədənində baş vermiş qəza nəticəsində 4 şaxtaçı ölüb. Hadisədən sonra hökumətin qərarı ilə Tkibulidə yerləşən bütün mədənlərin fəaliyyəti dayandırılıb. Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Giorgi Kobulia mədənlərdə istehsal prosesinin dekabr ayının ortalarında bərpa olunacağını bildirib. (Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ədalət Şükürov həyat yoldaşı ilə birgə - Foto

DYP-nin “yol tənzimləmələri” və sürücülərin müsibətləri...

Bakıda həkim qadının bıçaqlanması ilə bağlı bəzi təfərrüat

Qəzada ölən qadın yenicə direktor vəzifəsindən azad edilibmiş

Almaniya Rusiyadakı səfirini geri çağırdığını təsdiqləyib - Yenilənib

Əhməd Cavadın nəticəsi: “Stalinin kim olduğunu soruşanda nənəm dedi ki, onun adını çəkmə!”

ABŞ səfiri: Mən bu gün Şuşada olmaqdan xoşbəxtəm - Video

Yeni Rusiya imperiyasının qaçılmaz süqutu - İmperiyanın məhvinə rəhbərlik edən isə Putindir...

“Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

Dünyada İT-yə xərclənən vəsait 5 trilyon dolları keçəcək

Ən çox oxunanalar