Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tarix dərsliklərimiz reallığı əks etdirirmi?

“Cəmiyyətdə düzgün olmayan fikir formalaşıb: “Tarix reallığı əks etdirmir”. Bu onu göstərir ki, bir tarixi hadisələrə fərqli prizmadan yanaşmalıyıq”

Bu barədə Modern.az-a təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov danışıb. Onun fikrincə, tarix kitablarında yer alan faktların şagirdlərə necə çatdırılmasından çox şey asılıdır:

“Bizim tarixçi olaraq əsas missiyamız tarixi faktları şagirdlərə çatdırmaqdır. Onların izahını, mənfi və müsbət nəticələrini şərh etmək isə politoloqların, şərhçilərin işidir. Məsələn, Amerikada keçirilən seçkilərin nəticələrini, Donald Trampın prezident olmasını orta məktəb dərsliklərində qeyd edirik. Amma bu prezidentin fəaliyyətini, mənfi və ya müsbət siyasətini dərslik şərh edə bilməz. Bunu ayrı-ayrı şərhçilər, politoloqlar yerinə yetirməlidir. Ona görə, tarix fənnini tədris edən müəllimin bilik və bacarıqları da bu istiqamətdə formalaşmalıdır ki, o, tələbənin sualı qarşısında aciz qalmasın.

Bir məsələyə də diqqət etməliyik. Orta məktəblərdə tədris olunan dərsliklərdəki faktları əzbərləyən şagirdləri şəxsiyyət olaraq yetişdirə bilmişikmi? Məsələnin problemli tərəfi budur. Dərsliklərdə əks olunan faktlar şəxsiyyət yetişdirməyə yaramır. Qəbul imtahanlarında da dərsliklərdə əks olunan faktlar soruşulur. Qeyd olunan məsələyə münasibət, şagirdin tarixi hadisəni təhlil qabiliyyəti, bunlardan nümunə götürmək bacarığı inkişaf etdirilmir”.

Azərbaycan tarixi dərsliklərində ən yeni tarixi hadisələrin əks olunmasına gəlincə, K. Əsədov bununla bağlı problem olmadığını vurğulayıb:

“Məsələn, 2016-cı ildə baş verən Aprel döyüşləri elə həmin il çap olunan orta məktəbin tarix dərsliklərinə salındı. Həmçinin, ölkəmizdə keçirilən prezident seçkiləri, Konstitusiyamıza edilən dəyişikliklər və s. Azərbaycan tarixi dərsliklərində verilib. Təbii ki, Azərbaycan üçün əhəmiyyətli və beynəlxalq önəmi olan hadisələr dərsliklərə salınır. “Ən Yeni Tarix” dərslikləri hər il yenidən çap olunur, baş verən hadisələr öz yerini alır.

Orta məktəb dərslikləri həddindən artıq informasiya yüklüdür. Biz bütün xarici ölkələrin tarixində baş verən hadisələri öz dərsliklərimizdə yazırıq, öyrənirik. Amma gəlin görək, bu informasiyalar şagirdlər üçün nə dərəcədə əhəmiyyətlidir. Tarixini əzbər öyrəndiyimiz dövlətlərin dərsliklərində isə Azərbaycan haqqında məlumatlar çox cüzidir, bəzilərində isə ümumiyyətlə, bir kəlmə də yoxdur”.

pia.az


Etiket: Tarix Təhsil

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar