Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şahzadə Çarlz Böyük Britaniyanın kralı ola bilər

Böyük Britaniya kraliçası II Elizabet taxtını böyük oğlu – Uels şahzadəsi Çarlza verməyi planlaşdırır

Vəliəhd üç ildən sonra taxta çıxa bilər.

TASS informasiya agentliyinin məlumatına əsasən, “Daily Mirror” qəzeti bu barədə “Charles at 70: Thoughts, Hopes And Dreams” (Çarlz 70 yaşında: Düşüncələr, ümidlər və arzular) kitabına istinadla yazıb.

Belə ki, Böyük Britaniya kraliçası II Elizabet 95 yaşında dövlət işlərindən uzaqlaşmağı düşünür. “Zati-aliləri vəliəhd şahzadəni naib təyin etmək istəyir. Beləliklə Çarlz, sözün əsl mənasında, kral ola bilər, lakin II Elizabet formal olaraq ömrünün sonuna qədər öz xalqına xidmət edəcək”, – deyə məqalədə bildirilir.

Qanunvericiliyə əsasən, kral naibi 21 yaşdan yuxarı Britaniya vətəndaşı olmalı və Birləşmiş Krallığın ərazisində yaşamalıdır. Bu parametrlərə görə, atası III Georqun (1738-1820) ağır xəstəliyindən sonra 1810-1820-ci illərdə krallığı idarə edən yeganə kral naibi IV Georq (1762-1830) olub.

Qeyd edək ki, II Elizabet 1952-ci ildə 25 yaşında monarx hüququna yiyələnib. O, 2015-ci ilin sentyabrında kraliça Viktoriyanın hakimiyyətdə qalma rekordunu yeniləyib. 2016-cı il oktyabrın 13-də Tailand kralı Pumipon Adulyadet vəfat etdikdən sonra hazırda sağ olan krallar arasında uzun müddət taxtda qalan monarx titulunu qazanmış II Elizabet 2018-ci il aprelin 21-də 92 yaşını qeyd edib. (azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Ən çox oxunanalar