Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Peşə təhsilinin inkişafı işsizliyin arada qaldırılmasına töhfə verir"

"İnsan kapitalının əhəmiyyətinin artdığı və rəqabətin yüksək olduğu müasir dövrdə fərdlər, cəmiyyət və iqtisadiyyatın inkişafı üçün informal və qeyri-formal üsullarla əldə edilmiş bacarıqların və səriştələrin tanınması böyük əhəmiyyət kəsb edir"

Bunu təhsil naziri Ceyhun Bayramov "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, ölkədə bacarıqların bu yolla tanınması və bundan sonra əmək bazarına daxil olmaq istəyən şəxslərin peşə ixtisasını təsdiq edən sənədin icbariliyi peşə təhsilinə marağın əhəmiyyətli dərəcədə artmasına və məşğulluğa bilavasitə təsir göstərəcək.

Nazir bildirib ki, peşə təhsilinin inkişafı insan kapitalının formalaşmasına, gənclər arasında məşğulluğun təmin edilməsinə, işsizliyin arada qaldırılmasına töhfə verir.

C.Bayramov əlavə edib ki, aidiyyatı dövlət qurumlarının, sahibkarların, işəgötürən təşkilatların nümayəndələrinin, yerli və beynəlxalq ekspertlərin daxil olduğu işçi qrup tərəfindən "Vətəndaşların peşə-ixtisas təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədi ilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi qaydası" hazırlanıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar