Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Alimpaşa Məmmədov Hesablama Palatası üçün pul toplayıb? - İddia

İddilara əsasən Şəmkir Səhiyyə Şöbəsində 250 min manat rüşvət yığılıb – Hesablama Palatasına veriləcək

Hesablama Palatası Şəmkir rayon Səhiyyə İdarəsində yoxlama aparır. İcra başçısı Alimpaşa Məmmədovun göstərişi ilə bu yoxlamanın "yola salınması” üçün vəzifəsindən asılı olmayaraq hər bir səhiyyə işçisindən 100 manatdan pul yığılır.

Şəmkir Səhiyyə Şöbəsinin 2500 işçisi olduğunu nəzərə alsaq, yığılan pulun məbləği 250 min manat civarındadır. Bəs görəsən Hesablama Palatasının aşkar etdiyi, talanann dövlət vəsaiti nə qədərdir ki, onu ört-basdır etmək üçün bu qədər rüşvət tələb olunur? Görəsən ölkədə dövlət orqanlarının maliyyə təsərrüfat fəaliyyətinin şəffaflığına nəzarət etməli olan bir orqanın xəstəxanaların 150-200 manat əmək haqqı alan sanitar işçisinin əmək haqqısına göz dikməsindən bu orqanın rəhbəri Vüqar Gülməmmədovun xəbəri varmı?

Yada salaq ki, Hesablama Palatası 2017-ci ildə Şəmkir Rayon Təhsil Şöbəsində araşdırma aparmışdı. O zaman Hesablama Palatasının kollegiyası Şəmkir rayon Təhsil Şöbəsi tərəfindən yol verilmiş nöqsanların əsasən audit dövründə aradan qaldırıldığı nəzərə alması haqda xəbər yaymışdı. O dövrdə Şəmkir Təhsil Şöbəsindəki real durumdan xəbərdar olanlar əl yelləyir, Hesablama Palatasının kollegiyasının qırarının yol verilən böyük yeyintilərin ört-basdır edilməsinə xidmət etdiyini deyirdilər.

Mənbə: criminal.az

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Ən çox oxunanalar