Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Təhsilimizin dərslik və bir də alternativ dərslik problemi

Təhsil eksperti: “Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib istifadəyə vermək lazımdır”

“Vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyi, elə bu səbəbdən alternativ dərsliklər daha effektlidir.Yəni şagirdlərin bilik və bacarıqlarına uyğun dərsliklərin müəllim özü səfrəbst şəkildə müəyyən edə bilər”.

Bildiyimiz kimi bir neçə il əvvəl Təhsil Nazirliyinin təşəbbüsü ilə variativ dərsliklər istifadəyə verildi. Lakin bu dərsliklər arası fərqlər istifadəçilər arasında çaşqınlığa səbəb oldu. Birbaşa səbəbin bu olduğu məlum olmasa da, variativ dərsliklər layihəsi bir müddət sonra tarixə qovuşdu. Bir neçə ay əvvəl isə Təhsil Nazirliyi ehtiyat dərsliklər layihəsini irəli sürüb.

Xatırladaq ki, “2009 - cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununda alternativ dərsliklərdən istifadə də nəzərdə tutulsa da, hələ də tətbiq edilməyib.

Bununla bağlı təhsil üzrə ekspert Etibar Əliyev mətbuata açıqlamasında qeyd edib ki, alternativ dərsliklərin yazılmasına başlanılmalıdır. Etibar Əliyevin sözlərinə görə, yalnız dərslik yazan müəlliflər deyil, müəllimlər, mütəxəssislər, metodistlər, eyni zamanda nəşriyyatlar, dərsliyin dilinə və üslubuna nəzarət edənlər də cavabdehlik daşıyırlar. Çünki istər humanitar fənlərdə, istərsə də fizika və riyaziyyat dərsliklərində problemlər qalmaqdadır. Ekspertin fikrincə, dərsliklərin yazılmasında, tərtibatında yaxın vaxtlarda dəyişiklik olmasa dərsliyin təhsilin keyfiyyətinə təsiri davam edəcək.

Azərbaycan təhsilindəki dərslik problemi ilə bağlı təhsil eksperti Kamran Əsədov PİA.az-ın əməkdaşının sullarını cavablandırıb.

Kamran Əsədov: “Orta məktəblər üçün alternativ dərsliklər zamanın tələbidir və buna qısa müddətdə keçmək lazımdır”.

PİA.az bu mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədovla olan müsahibəsini oxuğularının diqqətinə çatdırır:

- Kamran müəllim, son zamanlar dərsliklər ciddi müzakirə obyektinə çevrilib. Təhsil eksperti Etibar Əliyev dəqiq elmlər üzrə dərsliklərin qəliz dildə yazıldığını önə sürərək bildirib ki, “Misir Mərdanov tərəfindən qadağan edilmiş alternativ dərsliklərin yazılmasına başlanılmalıdır. Müəllimin seçim imkanı artar, hansısa bir dərsliyin üzərində dayanmazlar”. Sizin bir ekspert kimi bu barədə fikirlərinizi bilmək maraqlı olardı. Alternativ dərsliklərin yazılması dərs proqramında sistemsizlik yaranmasına yol aça bilərmi? Və bu təhsilin keyfiyyətinə necə təsir edə bilər?

- İlk növbədə qeyd edim ki, alternativ dərsliklər bir sinifdə eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə olunmasıdır. Hazırda ölkədəki 4472 orta məktəbin heç birində alternativ dərslikdən istifadə olunmur. Yəni orta ümumtəhsil məktəblərində təhsil alan 1.5 milyon şagirdin hamısı vahid dərslikdən istifadə edir. Buna təsir göstərən amillərdən biri də qəbul və buraxılış imtahanlarıdır. Qəbul imtahanlarında vahid dərsliklərdən test tapşırığı tərtib edildiyi üçün alternativ dərslik test tapşırıları tərtib etmək üçün narahatlıq yaradır ki, abituriyentlərin istifadə etmədiyi kitabdan sual düşə bilər.

Etiraf edək ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyi, elə bu səbəbdən alternativ dərsliklər daha effektlidir.Yəni şagirdlərin bilik və bacarıqlarına uyğun dərsliklərin müəllim özü səfrəbst şəkildə müəyyən edə bilər.

Alternativ dərslik eyni zamanda bir və ya bir neçə dərslikdən istifadə edilməsidir. Yəni Təhsil Nazirliyi bir neçə dərsliyi tədris üçün yararlı hesab edir, amma hansı dərslikdən istifadə etməyi məktəb, sinif müəllimi özü seçir. Bunun effektli olmasının səbəbi odur ki, vahid dərslik bütün şagirdlərin bilik və bacarıqlarına uyğun deyil. Müxtəlif bilik və bacarıqlara malik olan şagirdlər üçün alternativ dərsliklər tərtib edib istifadəyə vermək lazımdır. Eyni zamanda, istənilən halda, minimal standart da təmin olunmalıdır. Dünyanın inkişaf etmiş ölkələrində geniş şəkildə alternativ dərsliklərdən istifadə olunur.

Kamran Əsədov: “Əsas problem məhz qəbul imtahanlarıdır. Zənnimcə, bunu aradan qaldırmaq üçün üst - üstə düşən mövzular mütəxəssislər tərəfindən müəyyən edilməli və ancaq o mövzulardan test tapşırığı təqdim olunmalıdır”.

- Ümumiyyıtlə dərsliklərimiz Avropa standartlarından çoxmu geridə qalır və dərsliklərin yenidən hazırlanmasını zəruri hesab edirsinizmi?

- Xatırladım ki, 2009 - cu ildə qəbul edilən “Təhsil Haqqında” Azərbaycan Respublikası Qanununda alternativ dərsliklərdən istifadə nəzərdə tutulsa da, hələ də tətbiq edilməyib. Əsas problem məhz qəbul imtahanlarıdır. Zənnimcə, bunu aradan qaldırmaq üçün üst - üstə düşən mövzular mütəxəssislər tərəfindən müəyyən edilməli və ancaq o mövzulardan test tapşırığı təqdim olunmalıdır. Yəni vahid dərslikdən testlərin hazırlanması çətinlik yaradır.

- Son zamanlar belə fikir formalaşır ki, rus dilində təhsil azərbaycan dilində təhsildən daha keyfiyyətlidir. Buna görə də valideynlər övladlarını rus dilində təhsil almasını istəyirlər. Azərbaycan dərslikləri ilə rus dilində olan dərsliklər arasında hansı fərqlər mövcuddur?

- Təhsil rus dilində aparılan məktəblər üçün dərslik ayrıca olaraq yazılmır. Elə Azərbaycan dilində olan dərsliklər rus dilinə tərcümə olunaraq rus bölməsinin şagirdlərinin istifadəsinə verilir. Yəni rus bölməsinin dərslikləri daya yaxşıdır, keyfiyyətli və standartlara uyğundur demək düz olmazdı. Çünki hər iki bölmə üçün eyni dərsliklər istifadə olunur. Yeganə fərq tədris dili və ədəbiyyatdır ki, burda da ciddi fərq yoxdur.

Hesab edirəm ki, məktəbşunaslığı bilən aparıcı ekspertlərin orta məktəb dərsliklərinin yaradılması prosesinə cəlb edilməsinin faydası böyük ola bilər.

Kamran Əsədov: “Rus bölməsinin dərslikləri daya yaxşıdır, keyfiyyətli və standartlara uyğundur demək düz olmazdı. Çünki hər iki bölmə üçün eyni dərsliklər istifadə olunur”.

Orta məktəblər üçün alternativ dərslik və dərs vəsaitləri dedikdə, bizdə, ilk növbədə, orta məktəb dərslikləri və abituriyentlər üçün vəsaitlər arasındakı uyğunsuzluqlarla bağlı fikirlər yaranır. Bunu kütləvi repetitorluğa səbəb olan amillərdən biri kimi qiymətləndirir, dərslik materialları və test bankları arasındakı uyğunsuzluqların mövcudluğunu orta təhsil pilləsi üçün ən ciddi problem hesab edirik.

Təəssüflər olsun ki, son bir neçə il ərzində xüsusən də yuxarı siniflərdə dərslik ikinci dərəcəli vəsaitə çevrilib. Dərslikdən törəmə test proqram və məcmuələrinin dərsliyi – ilkin mənbəni sıxışdırması anormal haldır. Yəni hal hazırda vahid dərsliklər belə işləmir. Əvəzində hansısa müəlliflər tərəfindən tərtib olunmuş vəsaitlər daha çox istifadə olunur.

Düşünürəm ki, orta məktəblər üçün alternativ dərsliklər zamanın tələbidir və buna qısa müddətdə keçmək lazımdır.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Payızda istilik qiymətləri bahalaşacaq? - Rəsmi açıqlama

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Şirvanda görkəmli akademik Zərifə xanım Əliyevanın anım gününə həsr olunmuş tədbir keçirilib

İdman Akademiyası aprel ayında Novruz tədbiri keçirəcək? – 14 min pul xərcləyəcək

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Ən çox oxunanalar