Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliyinin müalicəsinə ayrılacaq vəsait artırılır

Gələn ilin dövlət büdcəsindən xroniki böyrək çatışmazlığı və şəkərli diabet xəstəliyinin müalicəsi üçün ayrılacaq vəsait artırılır

Bu, Azərbaycanın 2019-cu il dövlət büdcəsi zərfində öz əksini tapıb.

Gələn il bu xəstəliklərin müalicəsi üzrə tədbirlərə əlavə olaraq 15 milyon manat ayrılması nəzərdə tutulub. Vəsaitin artılmasına səbəb ölkədə şəkərli diabet və xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayının artmasını və istifadə olunan dərman vasitələrinin əksəriyyətinin xaricdən alınmasıdır.
Dövlət büdcəsindən səhiyyə sahəsinə ayrılacaq məbləğdən 44,3 milyon manat şəkərli diabet xəstəliyinin müalicəsi üzrə tədbirlərin maliyyə təminatına, 30,1 milyon manat isə xroniki böyrək çatışmazlığı xəstəliyi ilə mübarizə üzrə tədbirlərin maliyyələşdirilməsinə ayrılacaq.

Qeyd edək ki, 2019-cu ildə səhiyyə xərcləri üçün ayrılacaq vəsaitin 231,9 milyon manatı məqsədli proqram və tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcək ki, bu da 2018-ci ilə nisbətən 81,2 milyon manat çoxdur. Eyni zamanda, səhiyyə xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 4,2 faiz təşkil edəcək ki, bu da 2018-ci illə müqayisədə 1 faiz çoxdur.

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar