Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəb NATO-su ilin sonunadək hazır olacaq

Ərəb ölkələrinin İrana qarşı birləşərək Amerika Birləşmiş Ştatlarının yaradılmasını planlaşdırdığı Ərəb NATO-sunun gələn il fəaliyyətə başlayacağı bəyan olunub

Bəhreynin xarici işlər naziri əl Xəlifə, ittifaqın, bölgədəki təhlükəsizlik və rifahın artmasına yardımçı olacağını deyib.

Ortaq Əhatəli Fəaliyyət Planı olaraq da bilinən, İran və P5 + 1 ölkələri arasında imzalanan nüvə razılaşmasından çıxdıqdan sonra sanksiyaları yenidən tətbiq etməyə başlayan Vaşinqtonun İran əleyhinə son planı "Ərəb NATO-sunun yaradılması ilə bağlıdır. Bəhreynin paytaxtı Manama'da təşkil edilən Manama Dialoqu Təhlükəsizlik Konfransında çıxış edən Bəhreynin xarici işlər naziri Xalid əl Xəlifə, Misiri da tərkibinə alan Yaxın Şərq Strateji İttifaqının (MESA) gələn il fəaliyyətə keçəcəyini söyləyib.

Qapı hər kəsə açıqdır

ABŞ-ın təklifi və təşəbbüsü ilə yaradılan MESA-ya təriflər yağdıran El Xəlifə, bu ittifaqın bölgədəki təhlükəsizlik və rifahın artmasına köməkçi olacağını bildirib. Əl-Xəlifə, MESA-nın bölgənin təhlükəsizliyi və rifahı üçün bir ittifaq olduğunu söyləyib. Prinsipləri qəbul edən hər kəsə ittifaqın qapısının açıq olduğunu qeyd edən Bəhreynin xarici işlər naziri, MESA'nın iqtisadi məsələlərlə bağlı əməkdaşlığı da təmin edəcəyini söyləyib.

İttifaq mövzusundakı müzakirələrin hələ davam etdiyini söyləyən Səudiyyə Ərəbistanı xarici işlər naziri Adil əl Cubeyr, İranın terrora dəstək verən ən böyük dövlət olduğunu deyib. “Körfəz Əməkdaşlıq Şurası(KƏŞ), Körfəz ölkələrinin ən əhəmiyyətli quruluşu olaraq qalacaq”, deyən Cubeyr, "KƏŞ-in Qətər ilə qarşıdurmadan zərər görməməsinə çalışdıq.

Yaxın Şərq Strateji İttifaqı ilə bağlı müzakirələr hələ də davam etdirilir. Səudiyyə Ərəbistanının liderliyindəki ölkələr, 2016-nın iyunundan bu yana, terrora dəstək verdiyi iddiasıyla Qətərə embarqo tətbiq edir.

Qeyd edək ki, ABŞ-da Donald Tramp administrasiyası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qatar, Oman, Bəhreyn, həmçinin Misir və İordaniyanı əhatə edən Ərəb ölkələrini İran əleyhinə ittifaqda birləşdirməyi nəzərdə tutur. Tramp, Səudiyyə Ərəbistanına ötən il səfər edərkən Ərəb NATO-su planı elan edildi, ancaq ətraflı müzakirələr aparılmadı.

İran isə öz növbəsində, ABŞ və bölgə müttəfiqlərinin, Yaxın Şərqdə bölgədəki gərginliyi azaltmaq bəhanəsiylə gərginliyi daha da körüklədiklərini bəyan edib. (müxalifət.az)

pia.az


Etiket: Ərəb NATO ABŞ

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Azərbaycan Kuboku: "Qarabağ" cavab matçında da "Neftçi"yə qalib gələrək finala yüksəlib

Ən çox oxunanalar