Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Hökumət əlacsız qalıb Azərbaycanın layihəsinə icazə verdi, nümayişlər başladı

İtaliyada hökumətin Transadriatik qaz kəmərinin (TAP) tikintisinin bərpa edilməsinə gözlənilmədən icazə verməsinin ardınca “No TAP” hərəkatı nümayişlərə başlayıb

Virtualaz.org İtaliya mətbuatına istinadən xəbər verir ki, hərəkat bu gün oktyabrın 28-də yerli vaxtla saat 10-da TAP kəmərinin keçdiyi sahilyanı San-Foka bölgəsində nümayiş keçirəcəyini elan edib.

İtaliyanın baş naziri Cüzeppe Konte ötən gün TAP-ın tikintisinin bərpa edilməsinə icazə verilməsi barədə qərar imzalayıb. Baş nazir bildirib ki, artıq bu layihəyə müdaxilə etmək və dayandırmaq mümkün deyil. Çünki əvvəlki hökumət layihə ilə bağlı üzərinə ciddi öhdəliklər götürüb.

Qərarla bağlı etirazların baş qaldırılmasının ardınca baş nazir deyib ki, TAP-n ətraf mühitə təsiri barədə iki aydır araşdırma aparılırdı və nəticələrə əsasən bu qaz kəməri ekoloji standartları pozmur. Baş nazirin müavini Di Mayo isə bildirib ki, TAP-ın tikintisi dayandırılsaydı hökumət böyük məbləğdə cərimələr ödəməli olacaqdı.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

“Biz iki aydır araşdırma aparırdıq və bu layihənin bütün aspektlərini öyrəndik, məlum oldu ki, tikinti dayandırılsa biz cərimələr şəklində 20 milyard avroya qədər vəsait ödəməliyik, yəni vətəndaşların illik gəlirinin cəmindən çox”-Di Mayo bildirib.

Buna cavab olaraq “No TAP” hərəkatı ətraf mühit naziri Barbara Lezziyə müraciət edib ki, sabah Melandunyoya yollansın və həmin məbləğdə cərimələrin ödənilməli olduğunu sənədlərlə sübut etsin. Habelə “No TAP” hərəkatının fəalları hakim koalisiyada yer alan və uzun müddət TAP layihəsinə qarşı çıxan rusiyameylli “5 Ulduz” hərəkatının nazirlərini istefaya çağırıblar. Onlar bildirilər ki, “5 Ulduz” hərəkatı hökumətdə yer alarsa TAP-ın dayandırılmasına nail olacağını bildirirdi, indi isə onlar koalisiyanın digər ortağına-“Şimal Liqası”ına satılıblar.

TAP Azərbaycan qazını Avropaya nəqli üçün açılan Cənub Qaz Dəhlizinin bir hissəsidir. Bu dəhliz “Şahdəniz-2” yatağının işlənməsi xərcləri də daxil olmaqla 40 milyard dollardan çox investisiya hesabına başa gələcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar