Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Millət vəkili Kəşmirdəki durumu şərh etdi

Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri, deputat Zahid Oruc Asiya qitəsinin probleminə çevrilən Kəşmir ətrafındakı hazırda yaranmış olan vəziyyəti şərh edib

Deputat “Qafqazinfo”ya açıqlamasında qeyd edib ki, ötən yüz ilik tarix imperiyaların çöküşü nəticəsində ərazi, etnik-milli və dini müharibə ocaqlarının meydana çıxmasına şahidlik edib: “Asiya qitəsinin “daim qan axan yarası”na çevrilən Kəşmir problemi də “Britaniya Hindistanı” adı ilə mövcud olan böyük kolonial quruluşun yerində qalan acı mirasdır.

Ötən əsrin ortalarında, daha dəqiq desək, 1947-ci ildən bu yana ingilis imperiyasından azad olaraq müstəqilliyini elan edən iki dövlət, Pakistan və Hindistan 70 ildən artıqdır ki, bütün bəşəriyyətin təhlükəsizliyini təhdid edən genişmiqyaslı hərbi toqquşmaların bir addımlığındadır. Nə üçün lokal bir ərazidəki gərginlik ocağı insanlıq əleyhinə böyük təhlükə mənbəyi hesab olunur? Çünki hazırki mürəkkəb beynəlxalq təhlükəsilzik şəraitində Asiya qitəsində yatmış vulkana çevrilən Kəşmir suayırıcısı üç nəhəng dövlətin nüvə arsenalının işə düşməsi potensialına malikdir və belə bir durum meydana çıxarsa,bunun hansı miqyasda kütləvi qırğınlar doğuracağını təsəvvürə belə gətirmək çətindir.

Çin, Pakistan və Hindistanın müxtəlif miqyasda hərbi mövcudluğunu sürdürdüyü və əldə saxladığı bu torpaqlarda əvvəlcə silahlı qarşıdurma şəklində meydana çıxan problem indi atom silahını təşkil edən elementlərin yayılması, Hindistan və Çinin su resursları uğrunda gərgin mübarizəsi, insanların və millətlərin hüquqlarının amansız şəkildə pozulması və üz-üzə dayanan cəmiyyətlərin radikallaşaraq terroru yeganə çıxış yolu kimi görməsi tək bir səviyyəyə gəlib çatıb və kiçik bir qığılcım milyonlarla insanın həyatını məhv edə bilər”.

Deputat vurğulayıb ki, Azərbaycan xalqı üçün müstəqil dövlətçliyinin bərpasının ilk illərində cəlb olunduğu ədalətsiz müharibənin gətirdiyi məhrumiyyətlər və humanitar fəlakətlər fonunda biz heç bir zaman digər xalqlar və dövlətlər arasında silahlı qarşıdurmaların meydana çıxmasında maraqlı deyilik: “Çünki bütün hallarda Dağlıq Qarabağ kimi, Kəşmirdə də lokal bir məkanda başlayan toqquşmalar inkişaf edərək əbədi düşmənçiliyin nümayiş olunduğu, bütün ideologiyaları, iqtisadiyyatı və mədəniyyətləri yalnız bir qüvvəyə-hərbi qanunlara tabe etdirəcək.

Halbuki Azərbaycan dövləti Pakistan xalqının uzun illər ərzində mənəvi-siyasi həmrəyliyini öz üzərində hiss edərək, həmçinin dövlətlərimiz arasında formalaşan strateji müttəfiqlik münasibətlərinə arxalanaraq, Kəşmir probleminin çözümündə Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilməsini tələb edir. Dünya siyasətinin patriarxlarından olan böyük siyasət adamı Heydər Əliyev vaxtilə Pakistana səfəri zamanı ortaya qoyduğu prinsipial mövqe uzun on illər ərzində dəyişilməz olaraq alıb və hazırda beynəlxalq münasibətlər sistemində mühüm yer tutmağa nail Azərbaycan dövlətinin rəhbəri İlham Əliyev tərəfindən bütün münaqişələrin həlli üçün dəqiq çözüm yolu təklif edilir.

##relatedPostMilli##

Çünki beynəlxalq arbitrlər öz funksiyalarını yerinə yetirməyəndə savaş ocaqları-indiki halda Kəşmir konflikti böyük dövlətlərin Asiya qitəsində hökmranlıq mübarizəsinə, hərbi-siyasi nüfuz uğrundakı amansız rəqabət arenasına çevrilir. Ona görə də hər bir azərbaycanlı haqlı olaraq soruşur ki, əgər dünyəvi mübahisələri çözmək üçün yaradılan qurumlar öz vəzifələrini yerinə yetirmirsə, onda Nyu-Yorkda, BMT-nin baş binasında “qalaqlanan icrasız qərar və qətnamələr məzarlığı” nə vaxta qədər genişlənəcək?

Axı Kəşmirdə bir neçə onillik qeyri-sabitlik atmosferində yaşayan müsəlman əhali təkcə İslamabad və Dehlidən deyil, eləcə də Birləşmiş Ştatlar, Rusiya və Fransadan təsirli addımlar atmağı tələb edirlər. Son ölkələrin adı çəkiləndə Qafqazlarda yaşayan xalqlar onların nə dərəcədə daimi sülh təminatında ardıcıl və prinsipial bir xətt izlədiklərinə dəqiq cavab verə bilərlər. Elə buna görə də haqlı sual meydana çıxır ki, bəlkə həmin regionda sülh sözügedən dövlətlərin strateji mənafelərinə heç uyğun deyil”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - Video

İlon Maskdan ABŞ dolları ilə bağlı xəbərdarlıq - Foto

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş mənzillər zəif satılır - Video

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

Türkiyədə artan inflyasiya Azərbaycanda hansı sahələrə təsir edir?

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

İstanbulda qol dueli: “Beşiktaş” son saniyələrdə sevindi - Video

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

Ən çox oxunanalar