“Facebook” şirkətinə məxsus olan “WhatsApp”da rəqib messencerlərdə olan stikerləri istifadə etmək mümkün olacaq
“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni stikerlər yaxın həftələrdə sözügedən messencerin “Android” və “iOS” tətbiqindən istifadə edənlərə tədricən əlçatan olacaq.
“WhatsApp”ın nümayəndələri hesab edirlər ki, stikerlər messencerdə öz emosiyalarını “Giphy” xidmətindən “.gif” formatlı şəkillər və ya emojilərlə ifadə edə bilməyən şəxslər üçün əlavə bir vasitə olacaq. Mesaj yazılan sətirdə stikerlərin göndərilməsi üçün yeni düymə yerləşdiriləcək.
pia.az