Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ruslar hərbi gəmiləri Bakıdan necə çıxardı...

Rusiya Müdafiə Nazirliyi Həştərxanda mənzillənmiş Xəzər donanmasını Dağıstan sahillərinə, Mahaçqala yaxınlığındakı Kaspiyskə köçürür

Xəbər verildiyi kimi hazırda Kaspiyskdə Xəzər donanması üçün yeni hərbi bazanın tikintisi gedir. Hərbi ekspertlər deyirlər ki, donanmanın köçürülməsi Xəzərə və onu əhatələyən geniş coğrafi regiona daha yaxşı nəzarət etməyə imkan yaradacaq.

Sovet dövründə isə Xəzər donanmasının əsas bazası Bakıda yerləşirdi, donanmanın qalan hissəsi isə Türkmənistanın Krasnovodsk şəhərində mənzillənmişdi. Virtualaz.org xəbər verir ki, “Russkaya planeta” (rusplt.ru) internet-nəşri ötən əsrin 90-cı illərinin əvvəllərində, SSRİ-nin dağılmasından sonra Xəzər donanmasının gəmilərinin Bakıdan necə qaçırılması barədə yazıb. Bu haqda həmin illərdə donanmanın komandanı olmuş admiral Boris Zinin danışır.

Zinin xatırlayır ki, Xəzər donanması üçün ilk həyacan siqnalı 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərdən sonra çalınmağa başladı. Bu, Azərbaycanda ilk irimiqyaslı etnik toqquşma idi və onun ardınca Dağlıq Qarabağda münaqişə başlayacaqdı.

Həmin dövrlərdə donanmanın əksəriyyəti ruslardan ibarət olan zabitləri arasında müzakirələr başlayıb ki, donanmanın Bakıdan çıxarılması və Rusiya ərazisinə aparılması lazım gələcək. Zinin bu söhbətlərə dəstək verməyib, amma 1991-ci ildə SSRİ-nin çöküşünün qaçılmaz olduğu və Azərbaycanda gərginliyin daha da artacağı qənaətinə gəlib.

Zinin gözəl başa düşürdü ki, müstəqil Azərbaycanın hakimiyyəti, əksəriyyəti lap keçmiş kommunist-beynəlmiləlçilərdən ibarət olsa da, ölkə ərazisindəki bütün hərbi hissələri, o cümlədən Xəzər donanmasını özünə tabe etdirməyə çalışacaq. Rus dənizçiləri isə Azərbaycanın yeni rəhbərliyinə tabe olmaq istəmirdi.

Situasiyanı Moskvada baş qaldıran siyasi xaos daha da dərinləşdirdi. Xəzər donanmasının zabitləri donanmanı “özəlləşdirmədən” xilas etmək üçün daha heç kimə ümid edə bilməzdilər. 1992-ci ilin birinci yarısında Rusiyadan onlara direktiv daxil olmamışdı, ona görə də zabitlər öz riskləri və qorxuları əsasında hərəkət etməli idilər.

Belə vəziyyətdə Zinin qərara alır ki, maksimal sayda çox gəmini və əmlakı müxtəlif bəhanələrlə , yerli hakimiyyətlə “xoşagəlməz söhbətlərdən” yayınmaqla Bakıdan və Krasnovodskdan çıxarmaq lazımdır. Məsələn, donanmanın bir hissəsi Krasnovodskdan çıxıb guya təmir üçün Rusiya sahillərinə istiqamət aldı.

Amma Bakıda belə əməliyyatı keçirmək çətin idi, burada sahil hövzəsinin mühafizəsi üzrə 73-cü briqada, hidroqraf xidməti, qərargah, anbarlar və müxtəlif texnika yerləşirdi. Zinin Həştərxan qubernatoru Anatoli Qujvinlə anlaşır, qubernator razılaşır ki, donanma Həştərxanda yerləşdirilsin və zabitlərin məskunlaşmasına kömək göstərilsin.

Amma bu plan federal hakimiyyətin razılığı olmadan baş tuta bilməzdi. Zinin donanmanın Həştərxanda yerləşdirilməsinə dair 1992-ci il iyunun 28-də hökumətin qərar çıxarmasına nail olur. Daha sonra Moskva ilə Bakı arasında donanmanın 75-in 25-ə nisbətində bölüşdürülməsi haqda anlaşma imzalanır.

“Bununla belə Azərbaycan hakimiyyəti (AXC-Müsavat hakimiyyəti) və yerli radikallar donanmanın Bakıdan çıxarılmasına hər cür maneələr yaratmağa çalışırdı. Donanmanın əmlakını ələ keçirirdilər, məsələn, yerli “fəallar” donanmanın avtozirehlitank xidmətinə məxsus dəmir yol qatarını qaçırmışdılar. Azərbaycan Silahlı Qüvvələrinin sərt müqavimətinə baxmayaraq Həştərxana və Dağıstana yüzlərlə vahid avtomobil texnikası, digər texnika, minlərlə ton material ehtiyatı daşındı”-donanmanın zabitlərindən biri, 1-ci dərəcəli kapitan Vsevolod Françuk sonradan xatırlayırdı.

1992-ci ildə Bakıdan Həştərxana və Mahaçqalaya cəmi 23 gəmi və kater, habelə 24 köməkçi gəmi və hidroqraf xidməti köçürüldü. 1993-cü ilin iyulunda Həştərxanda “xilas edilmiş” gəmilərin ilk paradı keçirildi...

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Ən çox oxunanalar