Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Özbəkistanda 13 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq

2019-cu ilin sonunadək Özbəkistanda 13 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayacaq

Bunu Özbəkistan Baş nazirinin müavini Əziz Abduxakimov ölkədə təhsil sahəsində aparılan islahatlarla bağlı jurnalistlərə açıqlamasında deyib.

Qeyd edib ki, bir il ərzində səkkiz xarici ali təhsil müəssisəsinin, 22 birgə fakültənin, 46 birgə təhsil proqramının yaradılması nəzərdə tutulur.

Əziz Abduxakimov bildirib ki, Daşkənddə Fransanın Strasburq, Sarbona, Vitel və Serji-Pontua, Hindistanın Amiti və Şarda, Türkiyənin Hacəttəpə, Koreyanın Sican və Adju ali təhsil ocaqlarının filiallarının açılması istiqamətində danışıqlar aparılır. Son bir il ərzində Özbəkistanda Amerika Birləşmiş Ştatlarlının Vebster, Koreyanın Yedju və Puçon, Fransa Moda Akademiyasının, Latviyanın İSMA ali məktəblərinin filialları açılıb.

Baş nazirin müavini qeyd edib ki, Çin, Yaponiya və digər qabaqcıl ölkələrin aparıcı ali məktəblərinin də Özbəkistana cəlb edilməsi nəzərdə tutulur.

O deyib: “Yaxın dövrdə Daşkənddəki Kimya Texnologiya İnstitunun bazasında Mendeleyev adına Rusiya Kimya-Texnologiya Universitetinin, Dünya İqtisadiyyat və Diplomatiya Universitetinin nəzdində isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitunun (MGİMO) açılması gözlənilir”.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Ən çox oxunanalar