Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Titanik yenidən hazırlanır - 2022-ci ildə yola düşəcək

Dünyada məşhur “Titanik” gəmisinin eynisi hazırlanır

Gəmini avstraliyalı biznesmen Kliv Palmer tikdirir. “The Titanik II” adlanan gəminin 2022-ci ilə hazır olacağı bildirilir.

Məlumata görə, gəminin içərisində heç bir yeni texnoloji avadanlıqlardan istifadə edilməyəcək və onun orijinal variantı tamamilə saxlanılacaq. Klivin sözlərinə görə, 1912-ci ildə batmış "Titanik"i görmək arzusu insanlar bundan sonra reallaşdıra biləcəklər. “The Titanik II” adlanacaq gəmi ilk marşrutunu İngiltərənin Sauzempton limanından ABŞ-ın Nyu-York şəhərinə edəcək.

Gəminin göyərtəsinə 2435 sərnişin və 900 nəfərlik ekipaj üzvü yerləşə biləcək.

Qeyd edək ki, “Titanik” gəmisi 14 aprel 1912-ci ildə Atlantik okeanında aysberqlə toqquşaraq 2 saat 40 dəqiqə sonra batıb. Göyərtəsindəki 1 316 sərnişin və 908 heyət üzvündən yalnız 705 nəfər xilas ola bilib, 1 514 nəfər isə həlak olub.

Gəminin hazırlandığı dövrdə lüks gəmilər sırasında ilk yeri "Titanik" tuturdu. Gəmidə digər lüks gəmilərdə olduğu kimi hovuz, idman salonu, türk hamam, həm birinci həm də ikinci sinif sərnişinlər üçün kitabxana, tennis kortu vardı. Birinci sinifə məxsus otaqlarda xüsusi mebellər, bahalı divanlar və digər dekorativ əşyalar yerləşdirilmişdi. "Titanik"də bərbərxana və mərkəzi telefon stanstiyası belə fəaliyyət göstərirdi.(axşam.az)

pia.az


Etiket: Titanik

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar