Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Forbes” Rusiyanın ən varlı qadınlarının siyahısını açıqlayıb

“Inteco Management” şirkətinin prezidenti Yelena Baturina Rusiyanın ən varlı qadını olub

O, “Forbes” jurnalının qənaətinə əsasən, Rusiyanın 25 ən varlı insanı reytinqində ilk yeri utub. Qadının varidatı 1,2 mlrd. ABŞ dolları təşkil edir.

II yeri isə “Wildberries” internet mağazasının baş direktoru Tatyana Bakalçuk tutub. Onun sərvəti isə 600 mln. dollar olaraq qiymətləndirilir. Liderlərin ilk 3-lüyünü investor Yelena Rıbolovleva tamamlayıb. O, bu siyahıya Dmitri Rıbolovlev ilə nikaha son qoyması hesabına düşə bilib. Onun varidatının da 600 mln. dollar olduğu bildirilir.

“S7 Group” şirkətinin Direktor Şurasının sədri və həmsahibi Nataliya Fileva isə 600 mln. dollar sərvətlə 4-cü yeri tutub. “Proqres Kapital” şirkətinin Direktorlar Şurasının üzvü Olqa Belyatseva isə 500 mln. dollar sərvətlə 5-ci olub.

Eyni məbləğdə - 500 mln. dollar sərvətlə 6-cı yeri “Çerkizov Qrup”un yaradıcısı İqor Babayevin həyat yoldaşı Lidiya Mixaylova tutub. 7-ci yerdə isə milyarder Arkadi Rotenberqin qızı Lidiya qərarlaşıb. O da həmçinin 500 mln. dollar kapitala malikdir.

İlk onluğa onlardan başqa 450 mln. dollar varidatla “Novotek” hüquq departamentinin rəhbəri, şirkətin İdarə heyətinin üzvü Tatyana Kuznetsova, 360 mln. dollar kapitalla “Fosaqro” şirkətinin səhm paketinə sahib olan Yevgeniya Quryeva və 350 mln. dollar sərvətə malik “Sodrujestvo” şirkətlər qrupunun həmsahibi Natalya Lutsenko daxil olublar.

Sentyabr ayında “Forbes” Rusiyanın ən varlı ailələrinin reytinqini tərtib edib. İkinci ildir ki, ardıcıl olaraq bu siyahıya Mixail Qutseriyevin ailəsi başçılıq edir. Baxmayaraq ki, bir il ərzində onların sərvəti 9,91 mlrd. dollardan 4,97 mlrd. dollara qədər azalıb.

Bu siyahıda ikinci yerdə Rotenberqlər ailəsi möhkəmlənə biliblər. Onların sərvətlərinin dəyəri 4,85 mlrd. dollar qiymətləndirlir. 3-cü yeri Valentin Qapontsev və onun oğlu Denis tuturlar. Onların ümumi sərvətlərini nəşr 3,14 mlrd. dollar olaraq qiymətləndirib. İlk beşliyə həmçinin 2,48 mlrd. dollar sərvətlə Şaymiyev və 1,7 mlrd. dollar sərvətlə Raximkulov ailələri daxil ediliblər.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar