Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ekspert: “Amerika-Çin ticarət savaşı tükürpədici sonluğa aparır”

Qordon Uotts

“Asia Times” (ABŞ), 24.10.2018

Vaşinqton nəhəng itkiylə üzləşib. Çinin 17 il qabaq Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulduğu andan bəri Birləşmiş Ştatlar 3,4 milyondan çox iş yeri itirib.

Birləşmiş Ştatlar son onillikdə, ən azı, 1,3 milyon iş yerindən olub, ABŞ-ın Çinlə ticarət balansındakı kəsir isə daha 100 milyard $ artıb.

Vaşinqtonun İqtisadi siyasət institutu (Economic Policy Institute) analitik mərkəzinin məruzəsində deyilir: “2001-2017-ci illər dövründə Çinlə ticarət kəsirinin artımı 3,4 milyon, o cümlədən 2008-dən bəri 1,3 milyon iş yerinin itirilməsinə səbəb olub”.

Məruzənin həmmüəllifləri Robert E. Skott və Zeyn Mokhiber habelə qeyd ediblər ki, ABŞ sənaye istehsalında 2,5 milyon iş yeri (ümumi itkinin 74,4%-i) itirib.

Araşdırma 50 ştata aid, həmçinin kompüter sahəsi və elektron sənayesinə zərbə vurmuş faciənin bütün dərinliyini göstərir, çünki Amerikanın böyük şirklətləri istehsal gücünü Çinə köçürüblər. Bu, öz növbəsində antiçin əhvali-ruhiyyəsi və ABŞ prezidenti Donald Trampın administrasiyası və ÇXR sədri Si Szinpin hökuməti arasında soyuq iqtisadi savaş doğuraraq “ABŞ-da istehsalat mühitindəki böhrana güclü təsir edib”.

“Economic Policy Institute”un məruzəsində deyilir: “Ticarət kəsirinin böyük bölümü 1 milyon 209 minədək iş yeri itirmiş kompüter və elektronika sənayesinə düşür… Polad, alüminium və kapitaltutumlu başqa məhsulların idaxl artımı qara və əlvan metallar, maşın detalları və metaldan digər hazır məmulatlar istehsalı kimi açar sahələrdə yüz minlərlə iş yerini təhlükə altında qoyub”.

Məhz bu mənfi nəticələr Trampın ticarət siyasətinə şərait yaradıb. Bununla belə, Pekin hesab edir ki, Amerika administrasiyasının fəaliyyəti birinci növbədə ÇXR-in artan iqtisadi və hərbi qüdrətini cilovlamağa cəmləşib.

Ağ Ev Çinin idxal mallarına 250 milyard məbləğində $-dan çox rüsum vasitəsilə Szinpini öz kursunu dəyişməyə və “Çində istehsalı olunub – 2025” yüksək texnologiya proqramını yenidən nəzərdən keçirməyə vadar etməyə, habelə “Bir qurşaq və bir yol” infrastruktur təşəbbüsünün daha şəffaflığına nail olmağa ümid bəsləyir.

London iqtisadiyyat və siyasi elmlər məktəbindən iqtisadiyyat professoru Kyu Szin hesab edir: “Tramp blitskriqə daha çox bel bağlayırdı, indiki durum isə daha çox mövqe savaşına oxşayır… Çinin fikrincə, ABŞ-ın siyasəti təkcə Pekinin ticarət siyasətinin özəlliyinə deyil, həm də ÇXR-in ümumi inkişaf modelinə və böyük kürəsəl dövlətə çevrilmək səylərinə cavab reaksiyasıdır”.

İqtisadi siyasəıt institutunun təmsilçiləri hesab edirlər ki, Çinin dövlət subsidiyaları, valyuta manipulyasiyaları və artıq istehsalı Çinə Amerikaya ixracatı əsaslı şəkildə yüksəldən subsidiyalaşmış idxal malları axınının yaranmasına səbəb olub, bu öz növbəsində ABŞ-ın əsas sahələrində maaş ödənişlərinin azalmasına gətirib. Təbii ki, Pekin belə iddiaları dəfələrlə rədd edərək israr edib ki, azad ticarətə, açıq bazarlara və ÜTT qaydalarına inanır. Eyni zamanda hakim Çin Kommunist partiyası Amerika administrasiyasına eyham vurub ki, Çin boyun əyməyə hazırlaşmır.

ÇXR sədri bu həftənin əvvəlində cənubi-şərq əyaləti Huanduna səfəri zamanı bildirib: “Biz böyük dövlətdən güclü dövlətə dönmək üçün iqtisadiyyatın gerçək sektorunun inkişafına birinci növbədə rol ayırmalıyıq. İstehsal iqtisadiyyatın gerçək sektorunun açarıdır. İstehsal öz növbəsində innovasiyalara söykənməlidir”.

##relatedPostMilli##

Szinpin əlavə edib: “Biz … innovasiyalar aramalı və yalnız özümüzə güvənməliyik. Ümid edirəm ki, bütün müəssisələr bu yöndə işləyəcək”. Bu yanaşma və Çinin ABŞ qasrşısında boyun əymək niyyətində olmadığı Çin KİV-lərinin redaksiya məqalələrində son üç ay boyunca durmadan özəl vurğulanır. Çin Xalq siyasi məsləhət şurası (ÇXSMŞ) sədrinin müavini və məsul katibi Çjan Sinli oktyabrın 22-də Honkonqda Amerika ticarət palatası təmsilçilərilə görüş zamanı bu mantranı təkrar edib. Çin mətbuatı Sinlinin sözlərini göstərir: “Biz ticarət savaşından qorxmuruq. Biz bunu istəmirik, amma geri çəkilməyə hazırlaşmırıq”.

Bu arada ABŞ ÇXR-ə ciddi şəkildə və uzunmüddətə girişməyi qət edib. 2017-ci ildə ABŞ-ın Çinlə ticarət kəsiri 375 milyard $-dan çox olub, halbuki 2018-ci ilin sentyabrında cəmi bir ayda rekord 34,13 milyard $-a çatlıb.

Professor Szin hesab edir: “Çoxları qorxur ki, bu, itkilərə apara biləcək, ticarət çərçivəsindən çox qırağa çıxacaq uzunmüddətli münaqişənin yalnız başlanğıcıdır”.

ABŞ-ın son on ildə artıq ciddi itkilər verdiyi nəzərə alınsa, bu, artıq tükürpədici ehtimaldır.(Tərcümə Strateq.az)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar