Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Məşhur “Hubble” teleskopunda nasazlıq yaranıb

ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyinin (NASA) 1990-cı ildə kosmik fəzaya buraxdığı dünyanın ən böyük "Hubble" teleskopunda ciddi nasazlıq aşkar edilib

Mütəxəssislər oktyabrın əvvəlində teleskopun hiroskoplarından birində meydana gəlmiş ciddi nasazlığın orbital müşahidə missiyasına mənfi təsir etdiyini bildirmişdilər. Bu problemin qısa müddətdə həll olunması "Hubble"ın fəaliyyətinin normal məcraya qayıtmasını təmin etdi. Lakin bir neçə testlərdən sonra teleskopun mexanika hissəsində də nasazlıq üzə çıxıb. Bu dəfə "Hubble"da müşahidə obyektini dəyişmək üçün hiroskopun hərəkət mexanizmində problem yaranıb.

Kosmik fəzada böyük kəşflərə imza atmış "Hubble" altı hiroskopa malikdir. Teleskopun minimal fəaliyyətini təmin etmək üçün onlardan ən azı üçünün tam işlək vəziyyətdə olması lazımdır. NASA-nın kosmik fəzanı müşahidə missiyasının təmsilçisi Reyçel Ostin bildirib ki, astronomiya elminə görünməmiş töhfələr verən bu teleskopun "ömrünü" uzatmaq üçün bütün zəruri tədbirlər görülməlidir.

Qeyd edək ki, bu nəhəng teleskopun hiroskopunun əks istiqamətə dönməsi 7,5 il ərzində başa çatır. Nasazlığın aradan qaldırıldığı hiroskop isə oktyabrın 16-da yenidən işə salınıb. Lakin, yuxarıda bildirildiyi kimi, qısa müddətdən sonra "Hubble" orbitdə manevr problemləri ilə qarşılaşıb. Hazırda mütəxəssislər teleskopun normal fəaliyyətini bərpa etmək istiqamətində iş aparırlar.

NASA "Hubble"ı əvəz edəcək yeni teleskopu 2021-ci ildə kosmik fəzaya göndərməyi nəzərdə tutur.(azərtac)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Sabiq baş pediatr intihardan əvvəl məktub yazıbmış - Yenilənib

Ən çox oxunanalar