Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ən güclü kolleci seçildi

Azərbaycanın ən güclü kolleci seçildi

 

"Mektebgushesi.az” portalı "Azərbaycanda ən güclü kollec hansıdır?” sualı ilə respondetlər arasında keçirdiyi sosioloji sorğuya yekun vurub.

Virtual səsvermə yolu ilə baş tutan sorğuya qatılan repondetlər Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecini qalib ediblər. Tanınmış təhsil ekspertlərinin yaxından müşahidə etdiyi sorğuya qatılanların yarıdan çoxu məhz bu kollecə səs veriblər. Ümumilikdə 8527 respondent arasından 4414-ü bu kollecə etimad göstərib.

Xatırladaq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin əsası ötən əsrin 19-cu ilində qoyulub. Azərbaycanın ən qədim universiteti – Bakı Dövlət Universiteti ilə eyni ildə təsis olunan kollecin bugünə qədər onminlərlə tələbəsi olub. Hazırda paytaxtda və regionlarda çalışan pedaqoqların çoxu məhz bu kollecin yetirməsidir.

Bundan əvvəlki adı M.Ə. Sabir adına Bakı Pedaqoji Texnikumu olmuş kollec sonradan Azərbaycan Dövlət Pedaqoji Universiteti nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci adlandırılıb. Hazırda kollecdə 3000-ə yaxın təhsil alır. 300-ə yaxın heyətin çalışdığı kollecin müəllimləri arasında alimlər, elmlər doktoru, professorlar, elmlər namizədləri də var. Kollecin direktoru təhsil ictimaiyyətinin yaxından tanıdığı, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzovdur. Müasir inkişaf xətti götürən kollec ən müasir dəyərlərə cavab verən sinif otaqları, maddi-texniki avadanlıqlarla təhciz olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar