İctimai qrupun təşəbbüsü ilə sabahdan mütəxəssislər – antropoloqlar və genetiklər Stalin repressiyalarının qurbanı olmuş böyük Azərbaycan şairi Mikayıl Müşfiqə aid olduğu güman edilən qalıqların tədqiqatına başlayacaqlar
Bu barədə xalq yazıçısı Çingiz Abdullayevin rəhbərlik etdiyi İctimai qrupdan məlumat veriblər.
Bu gün İctimai qrupun fəalları güman edilən qalıqlarları “NKVD”nin Qaradağ rayonunun Puta qəsəbəsindəki gizli qəbiristanlığından götürüblər.
DNK ekspertizasının ən yeni metodları bu gün hətta insanın haradan olduğunu dəqiqləşdirməyə və onun xarici görünüşünü təsvir etməyə imkan verir.
Xatırladaq ki, məşhur Azərbaycan əsilli rusiyalı milyarder Fərhad Əhmədov virtualaz.org-a açıqlamasında atası Teymur Əhmədovun qalıqlarını axtararkən Stalin repressiyası illərində cəzalandırılanların bir çoxunun qalıqlarının da uyuduğu Qaradağ rayonunun Puta qəsəbəsində böyük Azərbaycan şairi Mikayıl Müşfiqin qalıqlarını aşkar etdiyini bildirmişdi.(virtualaz.org)
pia.az