Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanın ilk böyük eşşək fermasından Fotolar,Video

Eşşək südünün baha olmasının səbəbi nədir?

Ölkədə 5 minə yaxın eşşəyin yoxa çıxması xəbərinin şoku tam yaşanmamış, daha bir məlumat ortaya çıxdı, Bakıda ilk eşşək südü istehsal edən böyük ferma yaradılıb.

“Yeni Müsavat”ın sonuncu sayında bu məlumatın dərc olunmasının ardından hər kəs həmin ferma ilə maraqlanmağa başladı.

Beləliklə məsələyə aydınlıq gətirmək üçün musavat.com-un əməkdaşı kimi həmin fermaya üz tutduq.

Qeyd edək ki, ferma Abşeron rayonu Məhəmmədi qəsəbəsində yerləşir. Fermanın nümayəndəsi Ülvi Hidayətzadənin sözlərinə görə, böyük marağa səbəb olan bu ferma təxminən 2-3 ildir ki, yaradılmağa başlayıb: “Fermamız hələlik tam formalaşmayıb. Hazırda 100 başa yaxın heyvan bəsləyirik. Müşahidə etdiyiniz kimi hər bir heyvan xüsusi bəslənmə şəraitində saxlanılır, peyvənd olunub, baytarlıq nəzarətindən keçib. Xüsusi əməkdaşlarımız var ki, hər gün onların yemlənməsinə, bəslənməsinə nəzarət edir. Heyvandan keyfiyyətli süd almaq üçün onun sağlam olması, yaxşı bəslənməsi və ən əsası təmiz saxlanılması vacibdir”.

Ü.Hidayətzadənin sözlərinə görə, mal-qaradan fərqli olaraq eşşəklərin bəslənməsi daha çətindir: “Hər gün heyvanlar həkim nəzarətindən keçməli, onların dırnaqları kəsilməsi, yeməkləri vaxtlı-vaxtında, qaydasında olmalı, yaxşı otla yemlənilməlidir”.

Ferma nümayəndəsi qeyd etdi ki, gələcəkdə aidiyyəti qurumlardan, o cümlədən Qida Təhlükəsizliyi Agentliyindən icazə cavabı aldıqdan sonra kütləvi şəkildə xüsusi şüşələrdə qablaşdırılmış eşşək südü satılacaq.

200 qram südün qiymətinin 16 manat, 500 qram südün qiymətinin isə 40 manat olması nəzərdə tutulur: “Bəzən deyirlər ki, eşşək südü niyə bu cür bahadır? Məlumat üçün bildirim ki, eşşəkdən alınan südün çəkisi qoyun və inəkdən alınan süddən 4-5 dəfə az olur. Belə ki, gün ərzində bir heyvandan təxminən 100-150 qram süd ala bilirik. Üstəlik, hər bir uzunqulağın bəslənib, yemlənməsinin böyük xərc tələb etdiyini də nəzərə alsaq, ondan alınan südün niyə baha olduğunu anlamaq olar”.

Ü.Hidayətzadə onu da vurğuladı ki, heyvanlardan alınan süd xüsusi pasterizə olunmuş halda satılacaq: “Fermamızda müasir pasterizə aparatları quraşdırılıb. Südlər pasterizə olunduqdan sonra, müsbət 4 dərəcə temperaturda satışa buraxılacaq. Bildiyiniz kimi artıq bir müddətdir ki, Türkiyədə də kiçik eşşək fermaları yaradlılıb. Həmin fermalarda süd adi su qablarına doldurulur, daha sonra isə buzun içərisində dondurulur. Əslində isə süd nə dondurulmalı, nə də qaynadılmalıdır. Çünki bu zaman içərisindəki minerallar məhv olur. Onun üçün də biz onu pasterizə edirik. Eşşək südü əsasən insanda immunitetin artırılmasında mühüm əhəmiyyətə malikdir. İsveçrədə bu süddən hazırlanan şokoladlar satılır. Digər ölkələrdə isə kosmetik vasitələrdə geniş istifadə olunur”.

Söhbət zamanı əməkdaşımıza bildirildi ki, bu ferma təkcə Azərbaycanda deyil, Qafqazda ilk böyük eşşək fermasıdır: “Gürcüstanda belə kiçik fermalar var. Lakin həmin fermalarda cəmi 10-15 heyvan bəslənilir. Bizim ferma isə daha geniş olacaq, gələcəkdə də fermamıza çoxlu sayda sağlam heyvanların cəlb edilməsinə çalışacağıq”.

Ferma nümayəndəsi son vaxtlar eşşək ətinin mal-qara əti adı ilə satışa çıxarılmasına da münasibət bildirib: “Hazırda fermamızda bütün heyvanlar gənc uzunqulaqlardır. Gələcəkdə onlarında arasında qocalanlar olduqda aidiyyəti qurumlara müraciət edib, onlara təhvil verəcəyik. Yəni, fermada qocalmış heyvanların hansısa yola satışa çıxarılması mümkün deyil”.

Qeyd edək ki, yerli mütəxəssislər də eşşək südünün faydalarının misilsiz olduğunu qeyd edir. Məlumata görə, eşşəkdən alınan süd dünyanın bəlasına çevrilən xərçəng xəstəliyinin, o cümlədən sədəf, serroz, ürək və damar, astma, bronxit xəstəliklərinin müalicəsində böyük əhəmiyyətə malikdir.

O da məlumdur ki, dünyanın bir çox ölkələrində eşşək südü və pendiri istehsal edilir. Onların arasında ABŞ, Braziliya, Fransa, İtaliya, İngiltərə, İspaniya, Çin və digər ölkələrin adlarını qeyd etmək olar. Eləcə də qardaş Türkiyədə artıq bir müddətdir ki, eşşək ferması yaradılıb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar