Bir əsgər şəhid oldu, 2-si yaralandı
Bu gün Türkiyənin Mardin vilayətində PKK terrorçuları ilə hərbi qüvvələr arasında atışma olub.
Strateq.az Türkiyə mətbuatına istinadən bildirir ki, atışmada bir hərbçi şəhid olub, iki hərbçi yaralanıb:
“PKK-nın qəfil hücumu nəticəsində yaralanan 25 yaşlı əsgər Diyarbəkirdə xəstəxanasında dünyasını dəyişib”.
Məlumata görə, hazırda terrorçuların zərərsizləşdirilməsi istiqamətində bölgədə genişmiqyaslı əməliyyat başlayıb.
pia.az