Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Telman İsmayılov Putinə müraciət etdi

Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılov Rusiya prezidenti Vladimir Putinə məktub yazıb

O, məktubda bildirib ki, biznes üzrə keçmiş ortaqlarının qurbanı olub və onları korrupsiya əlaqələrində ittiham edib.

Oxu.Az-ın xəbərinə görə, bununla bağlı “Rosbalt” məlumat yayıb.

Nəşr bildirib ki, bu məktub Rusiya İstintaq Komitəsinin İsmayılova qarşı cinayətkar qruplaşmanın təşkili ittihamını irəli sürməyi planlaşdırması ilə bağlıdır.

Hüquq-mühafizə orqanlarındakı mənbədən “Rosbalt”a verilən məlumata görə, Çerkizov bazarının sabiq sahibi Telman İsmayılov Rusiya prezident administrasiyasına məktub təqdim edib.

Məktub 12 vərəqdən ibarətdir. Mənbənin sözlərinə görə, həmin məktubda İsmayılov Çerkizov bazarına qaçaqmal gətirən şəxslərin arxasındakı qüvvələri açıqlayıb. İş adamının sözlərinə görə, bazar bağlandıqdan sonra onun “kiçik” ortaqlarına bizneslərini davam etdirmək üçün başqa meydanlar təqdim edildi, özü isə heç nə əldə etmədi.

Bundan başqa, İsmayılovun ehtimalına görə, keçmiş ortaqları əlaqələrinin köməyi ilə ona qarşı hücumlara başlayıblar. Daha sonra hüquq-mühafizə orqanları onu təqib etməyə başlayıb.

Nəticədə, biznesmen ölkəni tərk edib, daha sonra iki qətldə ittiham edilərək, axtarışa verilib. Məktubda o, cinayət hadisələri ilə heç bir əlaqəsinin olmadığını bildirib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Xüsusi zolaqların çoxalması velosiped alanların sayını artırdı - Video

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar