Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan baş nazirliyə namizədliyini irəli sürdü

Başqa fraksiyalardan iddiaçı olmayıb

Ermənistan parlamentindəki “Yelk” siyasi alyansı baş nazirin vəzifəsini icra edən Nikol Paşinyanın bu posta namizədliyini irəli sürüb.

Parlamentdəki fraksiyalar oktyabrın 23-dək namizədlərini təqdim etməlidirlər. Digər fraksiyalar namizəd verməyəcəklərini bildiriblər. Oktyabrın 24-də baş nazirlə bağlı səsvermənin birinci raundu keçirilməlidir.

Paşinyan oktyabrın 16-da baş nazir postundan istefa verdiyini açıqlayıb. Məqsəd parlamenti buraxmaq, növbədənkənar seçkilərə nail olmaqdır. Ermənistan konstitusiyasına görə, baş nazir istefa verəndən iki həftə sonra parlament bu vəzifəyə heç kəsi seçə bilmirsə, növbədənkənar seçki təyin olunur.

Seçki 30 gündən tez, yaxud 45 gündən gec keçirilməməlidir, yəni bu zaman səsvermə təxminən dekabrın birinci yarısına düşür. Paşinyanın partiyası ötən ay Yerevanda mer seçkisində qələbə çalıb. Bundan sonra o, parlamentdə çoxluğa sahib siyasi opponentlərindən canını qurtarmaqdan ötrü erkən seçki keçirməyə çağırıb.

Vaxtilə müxalifətdən deputat olmuş Pashinyan mayda küçə etirazları nəticəsində hakimiyyətə gəlib. Sələfi, Respublikaçı Partiyasından Serj Sarkisyan aprelin 23-də istefaya məcbur olub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar