Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Maliyyə pozuntularına yol vermiş məmurlar məsuliyyətdən necə yayınırlar? - Zahid Orucla müsahibə

Deputat: “Qanunun sərt üzünü tətbiq etməyin faydası var... Korrupsiya pullarını ən son anda nəinki qanuni, mənəvi cəhətdən də yemək olmur”

“Əsas odur ki, məmurların əldə etdikləri vəsaitlərin, mal varlıqlarının şübhə altında olmasına şərait yaradılmayacaq. Bu amil eyni zamanda cəmiyyətdə birgə yaşayışın ən yaxşı düsturudur. Gəlirlərin bəyannaməsi ilə bağlı məsələnin kökündə məhz bu amil dayanır”.

Bu sözləri deputat Zahid Oruc son zamanlar Azərbaycanda artan maliyyə cinayətlərini şərh edərkən PİA.AZ-a müsahibəsində qeyd edib.

PİA.AZ həmin müsahibəni oxucularına təqdim edir:

Zahid Oruc: “Keçmiş MTN çevrəsində rütbələrini xalqın qanı hesabına əldə edən və bir çox insanların həyatını qaraldan şəxslər əmlaklarını qurban verməli oldular”.

-Zahid bəy, son günlər mətbuatda məmurların milyonlarla dollar vəsait xərcləmələri haqda məlumatların sayı artmaqdadır. Misal üçün Zamirə Hacıyevanı və Rüfət Aslanlını göstərə bilərik. Hesab edirsinizmi ki, artıq məmurların mal varlıqları haqda deklarasiya vermələrinin zamanı çatıb və hesab edirsinizmi ki, bu deklarasiyaların elan olunması korrupsiyanın azalmasına səbəb ola bilər?

- Məmurların mal varlıqları haqda deklarasiya vermələri ilə bağlı məsələ qanunvericilik baxımından 10 il öncə həll edilib və 2000-ci ildən etibarən həmin dövlət qulluqçularının gəlir bəyannaməsinin təqdim edilməsi ilə əlaqədar hüquqi sənəd hazırlanıb. Məmurların fəaliyyətinin şəffaf şəkildə cəmiyyətə təqdim edilməsi üçün qanunun icrası ilə bağlı mexanizmin hazırlanması hökümətə tapşırılıb.

Mexanizmin mahiyyəti onları orta və aşağı imkanlı məmur kimi göstərməkdən ibarət deyildi. İnsanlar fərqli dövrlərdə müxtəlif dövlət orqanı təmsilçiliyinə daxil edilə bilərlər. Təbii ki, insanlar bərabər doğulmurlar. Birinə var-dövlət miras olaraq qalır, digərləri biznes fəaliyyətləri, əqli cəmiyyət hesabına və s. yollarla əldə edirlər. Belə olan halda məmurların şəraitini eyni götürmək və yaxud milyon dollarla ölçülən əmlakdan uzaq tutmaq yanlış olar. Təki bütövlükdə Azərbaycan xalqının həyat şəraiti yaxşı olsun. Hər kəsin imkanı orta və ortadan üst səviyyəyə qalxmağa çatsın.

Cəmiyyət nə qədər zəngin olarsa, dövlət bir o qədər güclü olur. Bu, bütün zamanların iqtisadiyyatında bir mənalı olaraq belə qəbul edilib. Ona görə də hər bir məmurun öz mal varlığını bəyan eləməsində heç bir problem də olmamalıdır. Belə olan təqdirdə deklarasiya həm də legitimliyi təmin edəcək. Yəni, hamı əvvəlcədən biləcək ki, filan məmurun filan qədər mal varlığı var. Sadə vətəndaşların nəzərində məmurlar şəffaf olacaq. Daha vətəndaş məmura nifrətli baxışlarla baxmayacaq, qəzəbli münasibət bildirməyəcək. Belə olanda halda məmurlar da təqib və təhdidlə qarşılaşmayacaq, şantajdan qorxmayacaqlar. Əsas odur ki, məmurların əldə etdikləri vəsaitlərin, mal varlıqlarının şübhə altında olmasına şərait yaradılmayacaq. Bu amil eyni zamanda cəmiyyətdə birgə yaşayışın ən yaxşı düsturudur. Gəlirlərin bəyannaməsi ilə bağlı məsələnin kökündə məhz bu amil dayanır.

Lakin reallıq bir qədər fərqlidir. Cəmiyyətdə qıcıq yaradan əsas səbəblərdən biri məmurların müəyyən vəsaitləri xarici ölkələrdə xərcləməsi ilə bağlı informasiyaların mətbuatda yayımlanmasıdır. Deklarasiya ilə bağlı problem ondan ibarətdir ki, məmurların bəzi mülklərinin kənar şəxslərin adına olması prosesi şəffaf aparmağa imkan yaratmır. Digər tərəfdən, məsələ təhlükəli hal alır.

Zahid Oruc: “Deklarasiya ilə bağlı problem ondan ibarətdir ki, məmurların bəzi mülklərinin kənar şəxslərin adına olması prosesi şəffaf aparmağa imkan yaratmır”.

Xatırladım ki, Ukraynada məlum inqilabi proseslərdən sonra hakimiyyətə gələn qüvvələr dediyiniz deklarasiya ilə bağlı məsələni təsdiq etdi və çox amansız dramalara, mübarizələrə yol açdı. Bəlli oldu ki, müxtəlif məmurların XIV-XV-XVI əsrlərdən qalmış qədim kolleksiyaları, əlvan metalları, daş-qaşları, qılıncları və s. milyonlarla dəyəri olan keçmişdən qalmış mirasların bir qisminin deklarasiyada yer alması həmin adamları cəmiyyətin hədəfinə salıb. Media orqanlarında aylarla həmin şəxslərə qarşı kampaniya aparıldı. Lakin ortaya çıxan son nəticə bunu göstərdi ki, ictimai rəydə də bu məsələ tam hazırlanmayıb və doğru formada aparılmayıb.

Bəzən qanunçuluq mövqeyinin bərqərar olması belə süngüylə qarşılanır. Bu baxımdan əvvəllər miras olmadan, müxtəlif yollarla vəsait əldə edən məmurlar özlərinin çox aşağı imkan dərəcəli insan olaraq göstərirdilər. Bu sovet dönəmindən qalma məmur ənənəsidir. Sovet dönəmində məmurların mal varlığını yoxlayanda görərdin ki. məmurlar hamıdan kasıbdır. Əslində bu belə deyildi. İndi də eyni prosses gedir. Hətta bu gün məmmurlar deklarasiya versələr belə, istənilən məmurum adında olan mal varlığını yoxlayanda görəcəyik ki, o məmurların öz adlarına olan əmlak və ya daşınan vasitələr göstərdikləri qədərdir. Beləliklə də qapalı dairə yaranır.

Heç şübhəsiz ki, deklarasiya çox önəmlidir. Çünki kimsə birdən-birə məmur təyin olunur və külli miqdarda vəsait əldə edirsə, mütləq bunun mənbəyi olmalıdır. Ən azından yeni təyin olunan məmurun mal varlığı bəyan olunmalıdır ki, bir neçə ildən həmin məmurun yaşayış tərzinə baxıb nəticə çıxarmaq olsun. Həmin şəxs sorğu-sual edilməlidir.

Gördüyünüz kimi, keçmiş MTN çevrəsində rütbələrini xalqın qanı hesabına əldə edən və bir çox insanların həyatını qaraldan şəxslər əmlaklarını qurban verməli oldular. Deməli, qanunun sərt üzünü tətbiq etməyin faydası var.

O cümlədən, Rabitə Nazirliyi ilə bağlı biz həmin vəziyyətin şahidi olmuşuq. Bu baxımdan digər strukturlarda, həmçinin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyanın predmenti olan müxtəlif vəsaitlərin mənimsənilməsi ilə bağlı atılan addımlar da təqdirə layiqdir.

Deklarasiya mühüm bir yoldur. Lakin daha fərqli mexanizmlər də hazırlamaq lazımdır. Bu mexanizmlərə medianın azadlığı, birgə vəsaitlər üzərində nəzarətin sərtləşdirilməsi, külli miqdarda investisiya xərclərinin tender vasitəsilə gerçəkləşdirilməsi, müvafiq orqanlar tərəfindən aparılan nəzarətin daha da gücləndirilməsi, Hesablama Palatasının imkanlarının genişləndirilməsi və s. amillər daxil edilməlidir.

Zahid Oruc: “Hətta bu gün məmurlar deklarasiya versələr belə, istənilən məmurun adında olan mal varlığını yoxlayanda görəcəyik ki, o məmurların öz adlarına olan əmlak və ya daşınan vasitələr göstərdikləri qədərdir. Beləliklə də qapalı dairə yaranır”.

- Zahid bəy, Hesablama Palatasının son bir ildə apardığı yoxlamalara baxarsaq demək olar ki, yoxlanılan bütün qurumlarda maliyyə vəsaitlərinin xərclənməsində ciddi qüsurlar açkarlanır. Hətta bəzən Palata aşkarlanan qüsurlarla bağlı Baş prokurorluğa da müraciət edir. Lakin bir qayda olaraq maliyyə cinayətləri etdiyi və korrupsiyya yol verdiyi ehtimal olunan vəzifəli şəxslərlə heç bir tədbir görülmür. Beynəlxalq Bank və digər gurultulu işlərdən də göründüyü kimi, sonradan cəmiyyət və dövlət olaraq bunun ağır nəticələrini ödəməli oluruq. Maliyyə pozuntularına və mənimsəmələrə yol vermiş şəxslərin bir qayda olaraq məsuliyyətdən yayınmasını nəylə əlaqələndirirsiz?

-Hesab edirəm ki, son illər məmurlara qarşı qanunun sərt tələbləri tətbiq olunmaqdadır. Mən onlarla insan adı çəkə bilərəm ki, onlar məhkəmə qarşısında dayanıblar və cəzalandırılıblar. Buna misal kimi, Beynəxalq Bankın rəhbərliyindən tutmuş MTN strukturlarına qədər, digər nazirliklərdə də olan əməlləri qeyd edə bilərəm. Lakin bütün məmurları kütləvi şəkildə cinayətkar elan etmək, korrupsiya vəsaitləri ilə yaşayan şəxs kimi təqdim etmək çox yanlış olar. Bu cür davranışın səbəbi ayrı-ayrı insanları onların üzərinə qaldırmaqdan ibarətdir.

Mən bilavasitə öz əmək haqqı ilə yaşayan minlərlə dövlət qulluqçusu tanıyıram. Bizim həqiqətən də millətinə ləyaqətlə, ən yüksək hüquqi iddialarla xidmət edən insanlarımız var. Onlar bu illər ərzində istər hökumət, istər dövlət, istərsə də parlament və ya məhkəmə orqanlarında çalışırlar. Fikrimcə, uğurlar da məhz onların fəaliyyəti adınadır. Əks halda bu qədər böyük işlər görülə bilməzdi.

Bilirsiniz ki, hökumətdə çox mühüm və çətin səviyyədə genişmiqyaslı bir dəyişiklik aparıldı. Əslində bunu tamamilə yenilənmiş hökumət hesab edə bilərik. Yenilənmiş hökumətin tərkibinə daxil olan simalar çox yaxşı bilirlər ki, əvvəlki dönəmlərdə cəzalandırılmış şəxslərin əməlləri nədən ibarət olub və həmin cinayətlət təkrarlanmamalıdır.

Digər tərəfdən, dövlət rəhbərliyi tərəfindən seçilən modellər, aparılan islahatlar sözügedən əməlləri ortadan qaldırmaq üçün həyata keçirilir. Nəticə etibarilə Hesablama Palatası dah güzəştsiz və sərt qaydada yoxlama tədbirlərini reallaşdırır. Əlbəttə ki, bu işlər davam etdirilməlidir.

Qərb dövlətlərini ideallaşdırmaq olmaz ki, onlarda korrupsiya problemi baş vermir. Dəfələrlə ən mühüm vəzifə sahiblərinin hüquq-mühafizə orqanlarında məsuliyyətə cəlb olunduqlarını görmüşük. Avropa Parlamentinin bütün tərkib hissəsində və ya Avropa Şurası ilə bağlı biz məsələlərin şahidi ola bilərik. Bəzən ayrı-ayrı ölkələrin özünün dövlət strukturunda bu hal yaşanır. Bir sözlə, məmur məsuliyyəti qanunlarda güclü şəkildə təsbit olunub. Bizim müvafiq orqanlar da bunu tətbiq etməyi bacarmalıdır.

- Hesab edirsinizmi ki, Azərbaycanda maliyyə vəsaitlərinin xərclənməsi üzərində nəzarət doğru və dürüst həyata keçirilir?

-Son illər bu istiqamətdə ciddi tədbirlər görülür. Bir parlament üzvü kimi cəmiyyətlə təmasda oluruq və görüşlər zamanı tikilmiş hansısa məktəb, xəstəxana və s. bu kimi infrastruktur layihələrinin hansı səviyyədə olduğunu, onun mənbəyini, ümumi xərclərlə bağlı aparılan yoxlamaların nəticələrini əldə edə bilirik. Gəldiyimiz qənaət odur ki, ildən-ilə bu proses təkmilləşdirilməkdədir. Cəza tədbirləri ilə yanaşı, mədəniyyətlər, qavrayışlar, öz işinə məsuliyyətli münasibət önəmli rola çevirilib. İstər hökumət, istərsə də digər sektorlar çərçivəsində öz vəzifə borcunun yerinə yetirilməsi fərqli keyfiyyət mərhələsinə qədəm qoyub.

Düşünürəm ki, indiki zamanda qanunu rəhbər tutan yaxşı məmur obrazı insanlarımız tərəfindən cəlbediciliyə malikdir. Bu məsələdə sadəcə qanunlar üzərindən çıxış etmək doğru olmaz. Bizim yüz illərlə gələn adət-ənənələrimizdə də yanaşmalar bəzən düzgün olmur. Bir zamanlar insanlar korrupsiya olan strukturlara can atırdılar. Bu cəhət özünü qəbul imtahanlarında da göstərirdi. Hətta Sovet illərində də korrupsiya mövcud idi.

Zahid Oruc: “Korrupsiya pullarına amnistiya verilməsi çox da sadə məsələ deyil. Bu təklif irəli sürülərkən konkret şəxslərdən deyil, dövlətin mənafeyindən çıxış etmək lazımdır”.

Çox yaxşı xatırlayıram ki, ulu öndərimizin müsahibələrindən biri bu barədə idi. Belə ki, məmur övladları əsas tendensiya olaraq hüquq fakültələrinə can atırlar. Sonra bu prosesdə məhdudiyyətlər tətbiq edildi. Heydər Əliyev bildirirdi ki, Moskvada bu məsələ ilə bağlı sual veriləndə rahatlıqla cavabında hardasa insan haqqının pozulduğunu, amma başqa alternativ yolun olmadığı qeyd edilirdi. Çünki məmurlar öz övladları tərəfindən sanki məhkəmə edilməlidirlər. Bu isə maraq toqquşmalarına yol açır və idarəetmə üçün ciddi problemlərə çevrilirdi. Ona görə də ideal məmur fəaliyyətini bərqərar etmək asan deyil.

Qərb ölkələri bunun üçün on illər keçiblər. Bir sıra hallarda əvvəlki illərin qüsurlu tədbirlərinə baxıblar. Ötən əsrin 60-cı illərinə qədər ABŞ-da böyük mülkiyyət uğrunda mübarizələr, idarəetmədə sui-istifadə halları problem olaraq qalmaqda idi. Avropa ölkələrindəki o cazibədarlıq, vətəndaş məmnunluğu, korrupsiya indekslərinin həddindən artıq kiçik olması bir ilin nailiyyəti deyil.

- Bəzi siyasətçilər və iqtisadçı ekspertlər korrupsiya pullarına, xüsusən də xaricə çıxarılan korrupsiya pullarına amnistiya verilməsi təklifi ilə çıxış edirlər. Korrupsiya pullarına amnistiya verilməsini nə dərəcədə düzgün hesab edirsiniz və bu nüminə korrupsiyanın daha da böyüməsinə səbəb olmazmı?

- Bu metod dünya praktikasında tətbiq olunub və müxtəlif nəticələr doğurub. İndiki situasiyada hər bir halda böyükçəkili iqtisadi cinayətlər konkret cəzalandırılmış insanların timsalında belə milləti öz istəyinə çatdıra bilmir. Niyyət həmin vəsaitlərin geri qaytarılıb, gələcəkdə xalqın işinə yarımasından ibarət olmursa, hətta ömürlük cəzalar belə effektli olmur. Bu baxımdan alternativ mexanizmlər işə salınıb.

Lakin bizdə bununla bağlı hüquq komitəsi həmişə aydınlıq yaradır və açıqlama verir ki, 93-cü ildə qəbul edilmiş bir neçə qanunda sözügedən məsələlərlə bağlı ifadələri indiki gerçəkliyə də aid etmək olar.

Korrupsiya pullarına amnistiya verilməsi çox da sadə məsələ deyil. Bu təklif irəli sürülərkən konkret şəxslərdən deyil, dövlətin mənafeyindən çıxış etmək lazımdır. Mübarizə instinkti həm də müxalif qüvvələrin, medianın korrupsiya pullarından kənara olmasıdır.

##relatedPostMilli##90-cı illərdə vəzifədən gedən, spikerliyini yerə qoyub yanlız biznes fəaliyyətinə başlayacağını söyləyən adamlar on illərdir ki, Qərbdə ən yaxşı həyata sahibdirlər. Bunun hesabatını və deklarasiyasını nə zaman veriblər?! Bu, önəmli bir məsələdir. Çünki müxalif sistem də bu mübarizənin içərisində yer almalıdır.

Yekun olaraq hesab edirəm ki, cəmiyyətdə baxışlar dəyişib və indi daha ləyaqətli, intizamlı, məsuliyyətli məmur obrazı möhkəmlənir. Hamı dərk edir ki, korrupsiya pullarını ən son anda nəinki qanuni, mənəvi cəhətdən də yemək olmur. Çünki bəzən qurulan o saraylar içərisində yaşamaq insanlar üçün qəfəsə çevrilir.

Gülşən ŞƏRİF
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Maşınların qarşısını kəsib sürücülərə silah tuşlayan şəxs kimdir? - Video

Müdirə salam vermədi, işdən qovuldu - Azərbaycanda ilginc hadisə

Cavanşir Məmmədovun dəfnində buna görə az adam olub 

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Əməkdar artistin vəziyyəti pisləşdi: Reanimasiyaya yerləşdirildi - Foto

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Ən çox oxunanalar