Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Fəsadları aradan qaldırmağa böyük vəsait lazımdır” – Mütəxəssis

Mütəxəssis Əvəz Salmanov Badamdara baş verən sürüşmənin səbəblərini açıqlayıb

“İnsanların məişətdə istifadə etdikləri suların ərazidən çıxması, kanalizasiya sisteminə daxil olması üçün orada infrastruktur yoxdur”. Strateq.az xəbər verir ki, bunu Milli Elmlər Akademiyasının Geologiya Geofizika İnstitutunun, Mühəndislik və Geofizika şöbəsinin rəhbəri Əvəz Salamov “BBC News Azərbaycanca”-ya deyib.

Bakıda ötən ildən Bayıl yamacında torpaq sürüşməsi onlarla ailəni evsiz qoyub. İndi də Badamdarda bəzi evlər təhlükə ilə üzləşib. Sürüşmələrin ən böyüyü məhz Badamdar ərazisindədir və mütəxəssislərin bildirdiklərinə görə, təxminən 300 metrlik bir ərazini əhatə edir.

Bəs hazırda Bakıda Bayıl və Badamdardan başqa, daha hansı ərazilər sürüşmə təhlükəsi altındadır? Sualları Əvəz Salamov cavablandırır:

Azərbaycanda sürüşmə sahələri çoxdur. Hazırda Bakıda Bayıl və Badamdardan (Bibiheybət Braxi-antiklinalının şərq yamacı) başqa, Zığ yamacında, Xırdalan, Masazır, Bakı-Şamaxı yolu üstündəki hissədə aktiv sürüşmə zonası var. Bundan başqa, ölkədə Bakı-Şamaxı yolunun İsmayıllı rayonu ərazisinə kimi olan hissəsində və cənub zonasında da hava və ya geoloji şərait, yaxud da texnogen (insan amili) amillər nəticəsində sürüşmə əraziləri vaxtaşırı aktivləşir, sürüşmələr baş verir. Ümumiyyətlə sürüşmələrin xarakteri öz miqyasını hər zaman genişləndirməyə meyillidir.

Bakıda sürüşmələrin əsas səbəbləri nədir?

Bakının Badamdar ərazisini götürsək, orada geoloji vəziyyət sürüşmənin baş verməsi üçün əlverişlidir. Ancaq burada təkanverici amillər rolunda atmosfer yağışları var, bundan əlavə bizim öz yaratdığımız şərait də mövcuddur.

Badamdarda kanalizasiya sisteminin olmadığını deyirlər. İnsanların məişətdə istifadə etdikləri suların ərazidən çıxması, kanalizasiya sisteminə daxil olması üçün orada infrastruktur yoxdur. Həmin sular da yerin təkinə daxil olduqdan sonra haradansa bir yol tapıb çıxmalıdır. Ərazinin aşağı hissəsi qumlu-gilli çöküntülərdir, ondan üst hissədə isə kollektor təbiətli qat var. Müəyyən müddətdən sonra həmin suyun bir hissəsi də qravitasiya hesabına bir qədər də aşağı qata keçir. İki müxtəlif xarakterli layın kontaktı boyunca axaraq, üstəki qatı sürüşməyə məruz qoyur.

–Belə çıxır ki, əsas səbəb texnogen amillərdir?

– Təbii ki, texnogen səbəblər burada mühüm rol oynayır. Lakin demək olmaz ki, əsas səbəb budur. Bəli, texnogen amillər sürüşmənin aktivləşməsinin sürətləndirib. Bu hal mövcuddur. Həmin sürüşmə 100 ildən sonra da baş verə bilərdi, 10 ildən sonra da. Ancaq biz onu sürətləndirib, hər il aktivləşməsinə səbəb olmuşuq.

Biz ərazini götürsək, yeraltı sular bu ərazidə uzun illərdir formalaşıb, müəyyən axın istiqaməti seçib və boşalır. Bakıda yeni tikililərin salınması yaxşıdır, ancaq yüksək mərtəbəli beton zəminli binaları tikməklə ərazidə yeni təbii hidrogeoloji şərait yaratmış olur. Həmin beton yeraltı suların qabağını kəsərək, yeni şərait formalaşdırır.

Həmin sular özünə müəyyən yer tapana kimi səviyyəsi qalxır və həmin ərazidə sürüşmənin baş verməsi üçün müəyyən geoloji şərait mövcuddursa, orada sürüşmə prosesləri aktivləşir.

Tikinti, şəhərsalma kimi işlər aparılan zaman ərazinin dəqiq mühəndis-geoloji şəraiti öyrənilməlidir. Bu, aydınlaşdırmağa kömək edəcək ki, həmin ərazinin hidro-geoloji şəraitinin dəyişdirilmədən yerlərdə tikintini necə aparmaq olar.

–Sizə yoxlama ilə bağlı öncədən müraciətlər olubmu?

– Bir dəfə Zığda neftçilər üçün yeni tikintilərin aparılması nəticəsində ərazidə baş vermiş sürüşmədən sonra bizə müraciət olmuşdu. Orada da kanalizasiya sistemi yox idi və ərazi çox yüklənmişdi. Ərazidə yaşayan əhalinin istifadə etdiyi suların əraziyə özbaşına axıdılması nəticəsində bir yaşayış binasına təhlükə yaranmışdı.

Azərbaycan Dövlət Neft Şirkəti buna görə bizə müraciət etmişdi, biz də şəraiti araşdırıb, onlara həmin vəziyyətin səbəblərini təqdim etdik.

– Sizə müraciət olunmasa, özünüz araşdırma aparırsınızmı?

– Biz özbaşına heç nə edə bilmərik. Bizə göstəriş verilməlidir ki, biz də haranısa araşdıraq.

Tikinti aparılmasının normaları var. Gərək ərazi öyrənilsin, ondan sonra tikinti aparılsın. Yoxsa tikinti işləri aparılıb, fəsadlar ortaya çıxdıqdan sonra bizə müraciət etməyin də bir faydası yoxdur, çünki artıq həmin ərazinin dayanıqlılığı pozulub. Yaranmış fəsadların aradan qaldırılması üçün böyük vəsait tələb olunur. Hansı ki, əvvəlcədən kiçik xərclərlə belə hadisələrin qarşısını almaq mümkün idi. Badamdarda baş vermiş sürüşmənin nəticələrini aradan qaldırmağa sərf olunacaq vəsaitin mində biri qədər maliyyə lazım idi ki, həmin ərazidə əvvəlvədən araşdırma aparıla.

– Sürüşmələr nə qədər təhlükəlidir və qarşısını hansı vasitələrlə almaq olar?

-Harda sürüşmə varsa, orda təhlükə hər zaman var. Ona görə də bunu qarşısını almaq üçün tikilən istinad divarlarının yeri dəqiq müəyyən olunmalıdır. Əraziyə daxil olan suların kənarlaşdırılması həyata keçirilməlidir, bu məsələ ilə bağlı lazımi tədbirlər görülməklə, sürüşmələrin qarşısını müəyyən qədər almaq olar.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar