Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Mübariz Qurbanlı: “Ailə məzarlığı”na son qoyulacaq

İslam dini buyurur ki, məzar, qəbir itməlidir, məzarlar, qəbirlər fərqlənməməlidir

Amma bizdə bir az fərqlidir. Ona görə də Azərbaycanda məzarlarla, məzarlıqlarla bağlı yeni qaydaların tətbiqi nəzərdə tutulur.

Bunu oxu.az-a açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri qeyd edib ki, bu yöndə məsələlərin tənzimlənməsi üçün öncə qanun layihəsinin hazırlanması və parlamentə təqdim olunması nəzərdə tutulsa da, sonradan fikir dəyişilib, məzarların, məzarlıqların qaydalarla tənzimlənməsi daha məqsədəuyğun sayılıb: “Çünki qanunla bu məsələni tənzimləmək olmaz, bunu ancaq qaydalarla tənzimləmək olar. Düzdür, indi də məzarlarla, məzarlıqlarla bağlı qaydalar var, mövcuddur, amma orada bəzi məsələlər yoxdur, öz əksini tapmayıb.

Odur ki, yeni qaydaların tətbiqinə ehtiyac yaranıb. Qeyd edim ki, qaydalar üzərində xeyli müddət işlər gedib, burada bizim komitə ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsi, İqtisadiyyat Nazirliyi də birgə fəaliyyət ortaya qoyub.

Bu məsələ Nazirlər Kabinetində, baş nazirin müavini Əli Əhmədovun yanında da müzakirə olunub. İndi onun təsdiqi qalır və məlumatlara görə, yeni qaydaların qəbulu, tətbiqi mümkün olacaq”.

Komitə sədri qeyd edib ki, təsdiqlənəcəyi və tətbiqinə başlayacağı təqdirdə, yeni qaydalar ancaq yeni salınacaq məzarlıqlara, məzarlara şamil olunacaq.

“Əvvəlki qəbirlərin, məzarların, məzarlıqların heç birinə toxunulmayacaq. Bəzən belə sözlər eşidilir, yəni, kimlərsə əsası olmadan deyirlər ki, bəs necə olacaq, məzarı dəmir hasara almışam, sökəcəklər, filan. Belə bir şey yoxdur, heç nəyə toxunulmayacaq. Bu, sadəcə, yeni salınacaq məzarlıqlar, məzarlar üçün nəzərdə tutulur. Yəni, məzarlar məzar daşı, sinə daşı və baş daşından ibarət olacaq.

Ölçülər göstəriləcək, məzarların, qəbirlərin biri digərindən hündür olmayacaq. Eyni və iki standart olacaq. Ölü, dəfn sahibi bu iki standartdan birini seçəcək, seçim edəcək. Yanbayan məsafə, məzarlıqla yaşayış məntəqəsi arasındakı məsafə müəyyən ediləcək.

Kimsəsiz insanların dəfni, şəhidlərin dəfni, eyni zamanda, məzarlıqların idarəçiliyi bələdiyyələrin balansında olacaq. Dini Komitə məzarlıqların yalnız reyestr xidmətini göstərəcək. Məzarlıqlarda, qəbiristanlıqlarda “ailə məzarlığı” məsələsinə son qoyulacaq.

Çünki insanlar var ki, ölməmişdən qabaq gedib özləri, yaxınları üçün məzar, qəbir yeri götürür, böyük bir ərazini hasarlayır. Yeni qaydaların tətbiqindən sonra heç bir əlavə yer götürməyə icazə verilməyəcək. Yalnız vəfat edən qadın öncədən vəsiyyət edərsə, əri üçün onun yanında yer saxlanılacaq, yaxud, ər vəsiyyət edərsə, arvadı üçün yanında yer saxlanılacaq. Başqa kimsəyə icazə verilməyəcək.

Dünyanın əksər yerlərində məzarlıqlara girəndə məzarların hamısı eyni görünür, bizdə isə fərqlidir, bu fərq aradan qaldırılacaq. Bir daha qeyd edirəm ki, bunlar yeni qaydalar təsdiqlənəndən və onların tətbiqinə başlandıqdan sonra mümkün olacaq”, - deyə komitə sədri əlavə edib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar