Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qaşıqçının öldürülməsində əsas icraçı Türk Kəşfiyyatının radarına düşdü

Səudiyyəli jurnalist Camal Qaşıqçı-nın 2 oktyabrda ölkəsinin İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra itkin düşməsilə bağlı yeni bir gəlişmə baş verib

Qaşıqçı cinayətinin əmrini və planını Səudiyyədən gətirən ən kritik şəxsin kimliyi və fotoları ortaya çıxıb.

Camal Qaşıqçı-nın qətl edilməsində əmr və planları həyata keçirən şəxsin konsulluğun attaşesi Əhməd Abdulla Almuzaini olduğu irəli sürülüb.
“Sabah” qəzetində yer alan xəbərə görə, Almuzaini, Qaşıqçı-nın 28 sentyabrda İstanbul Baş Konsulluğu binasında 2 oktyabra görüş alıb, Londona getməsindən sonra Almuzaini də 29 sentyabr saat 14.31-də Ər-Riyada gedib. Almuzaini Ər-Riyadda Baş Kəşfiyyat İdarəsinin sədr müavini Əhməd Asiri ilə görüşüb. Asiridən Qaşıqçı-nın qətli üçün gələcək 15 nəfərlik sui qəsd qrupu ilə bağlı əmri və planı alan Almuzaini, 1 oktyabr saat 16.00-da Atatürk Hava Limanından kuryer olaraq İstanbula qayıdıb və baş konsul Məhəmməd əl Uteybiyə qətlin əmrini və planını çatdırıb. Qaşıqçı-nın itdiyi günün axşamı da Atatürk Hava Limanından saat 21.35-də çıxış edərək Ər-Riyada gedib. Almuzaininin 15 nəfərlik qrupla da Ər-Riyadda iclas keçirmiş ola biləcəyi düşünülür. Texniki izləməklə müəyyən edilmə ehtimalı olduğu üçün canlı kuryelik edən Almuzaini Ər-Riyada gedib gəlmə tranziti əməliyyatının beyni kimi səciyyələndirilir. Almuzaini və baş konsul Məhəmməd əl Uteybinin Türkiyəyə geri qayıtmayacağı düşünülür. Almuzaininin bir çox gizli əlaqələri bilən bir sirr küpü olduğu və sirrləri ilə ölkəsinə qayıtdığı bildirilir.

15 NƏFƏRLİK QRUPDAN AYRI HƏRƏKƏT ETDİ

Əhməd Abdulla Almuzaininin 15 nəfərlik sui qəsd qrupundan tamamilə müstəqil olaraq hərəkət etməsi, o qrup üzvlərinin mindiyi təyyarələrə minməməsi, əməliyyatın kəşfiyyat təhlükəsizliyini təmin etməyə yönəlik bir tədbir kimi səciyyələndirilir. Baş Kəşfiyyatın sədr müavini Əhməd Asiri, vəliəhd şahzadə Məhəmməd bin Salmanın masadakı beynidir. Sui qəsd qrupunun lideri polkovniki Mahər Əbdüləziz Mutreb isə şahzadə bin Salmanın meydançadakı sağ qoludur.

ATATÜRK HAVA LİMANINDAN GİRİŞ ETDİ

Əhməd Abdulla Almuzaininin diqqət çəkən tranziti, Camal Qaşıqçı-nın itməsindən sonra Türk kəşfiyyatının radarına düşüb. İstanbul Polisinin Kəşfiyyat İdarəsi, Almuzaininin Ər-Riyada gedərkən və qayıdarkən Sabiha Gökçen və Atatürk hava limanlarındakı görüntülərini əldə edib. 1 oktyabrda Almuzaini Atatürk Hava Limanından pasport nəzarətindən keçərək İstanbula gəlib. Almuzaininin əlində böyük çanta da diqqət çəkib.(Müxalifət.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar