Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Rusiya və Çini ABŞ-ın nüvə potensialını artırmaqla hədələyib

"Birləşmiş Ştatlar başqa ölkələr özünə gələnə qədər özünün nüvə potensialını artıracaq. Amma sonra Vaşinqton bu prosesi dayandırmağa və hətta silahların azaldılmasına başlamağa hazır olacaq"

Bu bəyanatla ABŞ prezidenti Donald Tramp jurnalistlər qarşısında çıxış edib.

Trampın sözlərinə görə, ABŞ nüvə silahlarının sayını Rusiya və Çin "özlərinə gələnə qədər" artıracaq.

"Bizdə onlardan daha çox pul var. Onlar özlərinə gələnə qədər silah istehsal edəcəyik. Nə vaxt onlar özlərinə gəlsələr, biz də ağıllı olacaq və dayanacağıq. Və nəinki dayanacağıq (silah istehsalını dayandıracağıq- red ), həm də sayını (silahların-red) azaldacağıq. Biz bunu bu gün məmnuniyyətlə edərdik. Amma bu gün onlar sazişə əməl etmirlər", - deyə Ağ Ev rəhbəri bildirib.

Tramp əlavə edib ki, onun sözləri Rusiya, Çin və bu oyunda oynamaq istəyən digər dövlətlər üçün təhlükədir.

"Belə olmaz. Mənimlə belə oynamaq olmaz", - ABŞ prezidenti bildirib.

O, həmçinin qeyd edib ki, Çin də orta və kiçik mənzilli raketlərin ləğvinə dair razılaşmaya qoşulmalıdır. "Çin bu sazişə daxil deyil, lakin o, razılaşmaya daxil olmalıdır", - deyə Ağ Ev rəhbəri qeyd edib.

Qeyd edək ki, ABŞ prezidenti daha əvvəl Birləşmiş Ştatların orta və yaxın mənzilli raketlər (OYMR) üzrə razılaşmadan çıxacağını bildirib. Ağ Ev rəhbəri rəsmi Moskvanı razılaşmanı pozmaqda ittiham edib.(Report)

pia.az


Etiket: Tramp Rusiya Çin

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Qadınların kişi seçəndə etdiyi səhvlər: İlk 3

Ən çox oxunanalar