Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Prezidentliyə namizəd azərbaycanlıları narahat edən məsələlərlə tanış olub

Gürcüstan prezidentliyinə müstəqil namizəd Salome Zurabişvili Tbilisidə Azərbaycan icmasının nümayəndələri ilə görüşüb

Görüşdə S.Zurabişvili azərbaycanlıları narahat edən məsələləri dinləyib.

Görüşdə iştirak edən Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurasının sədri İsaq Novruzov ölkədə Novruz bayramının dövlət səviyyəsində qeyd olunmaması ilə bağlı narazılığını ifadə edib:

“Keçmiş prezident Mixeil Saakaşvilinin dövründə Novruz dövlət bayramı kimi qeyd olunurdu. Lakin sonradan bu ənənə ləğv olundu. Bu bayramın dövlət səviyyəsində qeyd olunması ənənəsi bərpa olunmalıdır. Belə ki, Novruz bayramı UNESKO-nun irs siyahısına daxil edilib və bayram təşkilat tərəfindən beynəlxalq səviyyədə qeyd olunur”.

Azərbaycan dilli “Gürcüstan” qəzetinin baş redaktoru, əməkdar jurnalist İslam Əliyev isə Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisi məsələsinə toxunub:

Azərbaycanlı məktəbli və tələbələr dahi şairlər Nizami, Füzüli və digərlərini tanımırlar. Təhsil sisteminin islahatlara çox böyük ehtiyacı var. Əlbəttə ki, Gürcüstanda yaşayan azərbaycanlılar gürcü dilini mütləq öyrənməlidirlər. Lakin gürcü dilini öyrənmək Azərbaycan dilinin unudulması hesabına baş verməməlidir”.

Görüş iştirakçıları həmçinin Heydər Əliyev adına Tbilisi Dövlət Azərbaycan Dram Teatrının vəziyyəti ilə bağlı narahatlıqlarını ifadə ediblər.

S.Zurabişvili öz növbəsində bildirib ki, prezident seçiləcəyi təqdirdə səlahiyyətləri çərçivəsində Azərbaycan icmasını narahat edən məsələlərin həllinə çalışacaq.

Tbilisidəki Azərbaycan teatrının vəziyyəti ilə tanış olmadığını qeyd edən namizəd qeyd edib ki, bu problemin həlli üçün hansı resursların mövcud olduğunu prezident seçiləndən sonra biləcək: “Mən əlbəttə ki, Gürcüstanda yaşayan bütün etnik azlıqların mədəniyyətini müdafiə edəcəyəm”.

Görüşdə həmçinin Azərbaycan dilli məktəblərdə gürcü dilinin tədrisi ilə bağlı mövcud boşluqlar, soydaşlarımızın yaşadığı bölgələrdə kadr çatışmazlığı və digər məsələlər də qaldırılıb.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar