Yevlax şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Hadisə Nizami küçəsində qeydə alınıb.
Ağdam rayonundan məcburi köçkün olan, 1991-ci il təvəllüdlü Nizami Şirinov idarə etdiyi “VAZ-21023″ markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən Yevlax şəhər sakini, 2003-cü il təvəllüdlü Cəlal Qasımovu vurub. Nəticədə piyada müxtəlif bədən xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib. C.Qasımovun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.(Report)
pia.az