Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əhməd Əhmədzadə: “Star” neft emalı zavodunun açılışı mühüm hadisədir”

"Son 15 ildə Azərbaycanda çox böyük işlər görülüb"

Bunu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə oktyabrın 22-də İmişli rayonunda Araz çayının yeni qol-kanalının açılış mərasimində çıxışı zamanı bildirib.

"Siz ümumi şəkildə dediniz, həmin illərdə 4 min kilometrə yaxın yeni suvarma kanalları, 2700 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələri çəkilib. Təkcə üç su anbarının - yəni Taxtakörpü, Şəmkirçay və Tovuzçay su anbarlarının hesabına 390 min hektar ərazinin su təchizatı, 261 min hektar sahənin meliorasiya vəziyyəti yaxşılaşdırılıb, 150 min hektara yaxın su dəyməyən torpaqlara su verilib, yeni suvarma sahələri dövriyyəyə daxil olub. İstifadəyə verilən gündən Taxtakörpüdə bugünkü günə 2 milyard kubmetr su olub, Şəmkirçay su anbarında 1 milyarda yaxın su yığılaraq respublika əhalisinin istifadəsinə verilib. Tovuzçay su anbarının həcmi çox böyük olmasa da, qısa müddətdə 100 milyona yaxın su yığılıb. Yığılan bu su xalq təsərrüfatına, bizim iqtisadiyyatımıza və əhalimizə sərf olunub. Qeyri-rəsmi dünya qiymətləri ilə götürsək, cənab Prezident, bu suyun dəyəri təxminən 3 milyarda yaxındır. Sizin gördüyünüz bu işlər sayəsində əhalimizə görün nə qədər xeyir dəyir", - o deyib.

Ə.Əhmədzadə qeyd edib ki, on beş iI ərzində 2 min 234 subartezian quyusu qazılıb: "Bu, 2 min 234 kəndin, yəni əhalinin, bölgənin sevincinə səbəb olan tədbirlərdir: "Ötən il bizə göstəriş verdiniz ki, Azərbaycanda meliorasiya olunan, su təchizatı olan 100 min hektar torpağı istifadəyə vermək lazımdır. Bu, çox mürəkkəb bir iş idi, amma biz o tapşırığı icra etməkdə heç bir çətinlik çəkmədik. Çünki Siz hərtərəfli dəstək oldunuz, lazımi vəsait ayırdınız, eyni zamanda, bu köməklə yanaşı, yüksək tələbkarlıq göstərdiniz. Biz keçən il 103 min hektara yaxın torpaqda meliorativ tədbirlər apardıq, suvarma suyu ilə təchizatı yaxşılaşdırdıq. Onun bu il yenə də davam etdirilməsini tapşırdınız, həmin məsələlərin həlli üçün lazım olan vəsaitin ayrılmasına kömək göstərdiniz. Biz Sizə məruzə edirik ki, ilin axırınadək yeni suvarılan sahələri, meliorasiya olunan torpaqları və su təchizatı yaxşılaşdırılan daha 102 min hektar torpaqları Azərbaycan kəndçisinə təhvil verəcəyik. Bunlar Sizin gördüyünüz böyük işlərin nəticəsidir. Bu müddətdə yaradılan aqroparklar, yeni təsərrüfatlar, onların istehsal etdiyi məhsulun hamısı Sizin dəstəyinizlə əkin dövriyyəsinə daxil edilən yeni sahələrin hesabınadır. Mən əvvəllər uzun müddət kənd təsərrüfatı sahəsində işləmişəm. İndi kənddə işləmək çox asandır. Siz kəndlinin torpağını da, suyunu da verirsiniz, başqa infrastrukturu da yaradırsınız, yolunu çəkirsiniz, hər şey edirsiniz, kəndliyə yalnız işləmək qalıb. Kəndli də işləyir və nəticələr yüksəlir. Ona görə də Azərbaycanda kənd təsərrüfatı sahəsində dinamik inkişaf heç vaxt dayanmayıb. Bu 15 il ərzində həmişə artım tempi olub".

Ə.Əhmədzadə vurğulayıb ki, SOCAR-ın “Star” neft emalı zavodunun Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyədə tikilməsi mühüm hadisədir: "Cənab Prezident, bugünkü açılış çox əlamətdar bir dövrdə keçirilir. İki gün əvvəl Azərbaycan dövlətinin başçısı kimi, Siz Türkiyə Respublikasında bu vaxtadək olmayan ən böyük müəssisənin, SOCAR-ın “Star” neft emalı zavodunun açılışında iştirak etmisiniz. Bu müəssisənin Azərbaycanın məhsulunun dünya bazarına çıxarılması üçün qardaş Türkiyə Respublikasında tikilməsi mühüm hadisədir və hamımızı çox sevindirir. Bu layihənin müəllifi də Sizsiniz, təşkilatçısı da. Bu uğur və böyük tədbirin keçirilməsi münasibətilə bütün melioratorlar adından Sizi təbrik edirik. Söz veririk ki, bundan sonra da bizim qarşımızda qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyik. Melioratorlar Sizin tapşırıqlarınızı həmişə yerinə yetirməyə hazırdırlar"."Bu il Sizin tapşırıqlarınızla çəkilən Neftçala magistral kanalı tam istifadəyə verilir. Orada 10 min hektardan çox sahə meliorasiya olunur. Sabirabad rayonunda artıq “H” kanalında yekun işlər görülür, 16 min hektar torpaq istifadəyə verilir, onun 1600 hektarı Biləsuvar rayonuna aiddir. Hər yerdə bu sahədə işlər gedir və nəticələri də göz qabağındadır. Bu gün açılışına toplaşdığımız bu kanalın çəkilişi üçün Sizin tapşırığınızla 2010-cu ildə selə qarşı mübarizə tədbirləri görməyə, Araz çayının yeni qol-kanalını tikməyə başladıq. O vaxt biz yeni qolun 5 kilometr uzunluğunda kanalını suvarma üçün açdıq. Eyni zamanda, Yuxarı Muğan kanalının üzərində üçgözlü 500 metr uzunluğunda dəmir-beton dunker və başqa qurğuları tikdik. Siz bu zonanın su təchizatını yaxşılaşdırmaq üçün böyük işlər görürsünüz. 2016-cı ildə Sizin İran İslam Respublikasında səfərdə olarkən cənab Ruhani ilə apardığınız danışıqların nəticəsi olaraq Xudafərin, Qız qalası hidroqovşaqlarının, Xudafərin su anbarının tikilməsi məsələsi ilə bağlı saziş imzalandı. Bunun Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Həm suların yığılması və selə qarşı mübarizə tədbirlərinin görülməsi, həm də orada yığılan sulardan həmin torpaqların suvarılmasına bu kanalın çəkilməsi imkan verdi. Biz bununla bağlı müraciət etdik, Siz tapşırıq verdiniz. Qısa müddətdə biz 54 kilometr uzunluğundakı kanalın torpaq kanalı şəklində tikintisi barədə Sizə hesabat verdik. Siz məsələ qaldırdınız ki, bunu beton kanal etsək daha yaxşı olar və Siz bunun üçün də vəsait ayırdınız. Biz kanalı beton etməklə əvvəl 40 min hektara su çatırdısa, kanalın suqalxma qabiliyyətini artırmaq, itkiləri azaltmaq və torpaqların meliorasiya vəziyyətinin pisləşməsinin qarşını almaqla, həmin o ərazini 53 min hektaradək artıra bildik. Bunun 26 min hektarı Saatlı rayonundadır, ora heç su dəyməyən torpaqlardır. Təmiz məhsuldar torpaqlardır, orada işləmək olar, 16 min hektara yaxını İmişlinin torpaqlarıdır. Bunun 10 min hektara yaxını da Biləsuvar rayonunun torpaqlarıdır. Yəni, indi qol-kanalların çəkilməsi üçün vəsait ayırdınız və hazırda onlar da çəkilir. Gələcəkdə orada 175,46 kilometr qol-kanallar çəkilməklə bu torpaqlardan tam istifadə etmək olar. Eyni zamanda, kollektor-drenaj şəbəkələrin çəkilməsi, xüsusilə Yuxarı Muğan kollektorunun yenidən qurulması ilə bu torpaqların meliorasiya vəziyyətini tam yaxşılaşdırmaq mümkündür. Siz bunlarla kifayətlənmədiniz və bizə tapşırdınız ki, Ələt-Astara yolunun sağında, solunda olan torpaqları da araşdırın. Bu gün Sizə məruzə edirəm ki, həmin ərazidə 30 min hektar yeni suvarılan sahəni əkin dövriyyəsinə vermək olar. Yəni, biz onları layihə şəklində hazırlayıb, Sizə təqdim edəcəyik", - ASC sədri söyləyib.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Ən çox oxunanalar