Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaçaturov KTMT ilə aradan çıxdı, Ermənistan isə izolyasiyada qaldı

Ermənistan mətbuatı: “İndi bu cür diletantlığa görə kim cavab verəcək?”

Xəbər verdiyimiz kimi, Ermənistan KTMT-nin baş katibi Yuri Xaçaturovun əvəz edilməsinə çalışır. Xarici işlər nazirinin müavini Şavarş Köçəryan artıq məsələ ilə əlaqədar prosedurlara başladıqlarını bildirib.

Rəsmi İrəvan Xaçaturovun yerinə yenə də Ermənistan nümayəndəsinin keçməsini arzulayır. Baş nazir Nikol Paşinyan bu yaxınlaracan baş katib vəzifəsinin 2020-ci il yanvarın 1-nə qədər Ermənistanın kvotasında qalacağını əminliklə bəyan edirdi. Lakin indi vəziyyət dəyişib. Hətta Şavarş Köçəryan da Xaçaturovun dəyişdirilməsi halında postun əlifba sırası ilə Belarusa keçəcəyinə işarə vurub.

“Aydın məsələdir ki, KTMT-də Azərbaycanın lobbiçiliyini həyata keçirən Belarus və Qazaxıstan baş katibliyin 2020-ci ilə qədər Ermənistanda qalmasına icazə verməyəcək. Üstəlik Xaçaturovla bağlı qaldırılan cinayət işi Rusiyanın da qəzəbinə səbəb olub. Paşinyan hər nə qədər Rusiya-Ermənistan münasibətlərini “parlaq” deyə qələmə versə də, böhranın olduğu açıq aşkar görünür. Baş nazirin Ermənistan ordusunun Rusiyanın Suriya avantürasında iştirak etmək haqqında qərarı belə, Moskvanın ona münasibətini dəyişdirməz”, - Ermənistanın 1-ci informaisya saytında S.Arsruni yazır.

Müəllifin yazdığına görə, KTMT-nin baş katibliyi Ermənistan üçün deyildiyi qədər də böyük dividentlər bəxş eləmir. Lakin onun itirilməsi Qarabağ problemi ətrafında gedən proseslərdə ermənilər üçün olduqca xoşagəlməz situasiya doğuracaq və bu vəziyyətdən isə Azərbaycan daha çox yararlanacaq.

“Burada təkcə Rusiyanı ittiham etmək doğru deyil. Ermənistan hakimiyyəti diletantlığı və ya başqa səbəblərdən dolayı KTMT-də böhran doğurub, üstəlik özü haqqında güvənilməz tərəfdaş imicini qazanıb”, - məqalədə yazılıb.

Yazı müəllifinin rəyinə görə, əslində Xaçaturovun 2008-ci ildəki 1 mart hadisələrinə görə ədalət mühakiməsi qarşısında dayanmalı olduğuna kim şübhə etmir. Lakin onun tutduğu vəzifə və statusu nəzərə alınaraq bu iş diplomatik prosedurlarla həyata keçirilməli idi. Ermənistan isə bunların heç birinə əməl etməyib. Bununla da həm Rusiyanın, həm də digər üzv ölkələrin əlinə bəhanə vermiş olub.

Yazıda Paşinyan iqtidarının son hərəkəti ilə Moskvaya Ermənistana əlavə təzyiq göstərmək imkanını verdiyi iddia edilir. Bununla da Kreml 2008-ci il 1 mart hadisələrinin üstünün açılmasının qarşısını ala bilər. Bu isə yeni hakimiyyətin Xaçaturovun əsl şefinə, yəni Robert Köçəryana münasibətdə əl-qolunu bağlayacaq.

Moskva isə Robert Köçəryanla bağlı planlar quraraq Nikol Paşinyanın xarici siyasətini daha nəzarət edilən hala gətirməyə cəhd edir.

“Belə çıxır ki, Nikol Paşinyanın düşünülməmiş hərəkətləri bir tərəfdən Azərbaycana manevr imkanlarını genişlətməyə, digər tərəfdən isə 1 mart hadisələrinin araşdırılmasının dalana dirənməsinə gətirib çıxaracaq. Bu cür diletantizm əvvəl-axır Ermənistanın fors-major situasiyalarla üzləşməsinə səbəb olacaq”, - müəllif qeyd edir.(musavat.com)

pia.az


Etiket: Xaçaturov KTMT

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar