Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən böyük amfibiya-təyyarəsinin ilk uçuşu - Video

Çin dünyanın ən böyük amfibiya-təyyarəsini istehsal edib

"Tszilun AG 600" təyyarəsi ilk uğurlu uçuşunu həyata keçirib. Təyyarə suyun üzərindən havaya qalxıb və suya eniş edib.

Amfibiya-təyyarə 27 avqust tarixindən Xubey vilayətindəki "Çjanxe" hidro aerodromundadır. Burada bir sıra sınaqlar keçirilib. Mütəxəssislər iki ay təyyarənin bütün texniki bacarıqlarını yoxlayıblar.

Təyyarə yanğınları söndürmək üçün və suda xilasetmə işləri üçün nəzərdə tutulub. Bundan başqa "AG600" əlavə qurğularla təchiz edilə bilər və dəniz mühitinin monitorinqi, sərnişin və yük daşıma, faydalı qazıntıların kəşfiyyat işləri üçün də havaya qalxa bilər.

Amfibiya-təyyarə dörd turbinli mühərriklə təchiz edilib. 12 ton suyu 20 saniyəyə yığır. Korpusun uzunluğu 39.3 metr, maksimal uçuş isə 4.5 min km-dir. Bir dəfəyə 50 nəfəri apara bilər.(ölkə.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ən çox oxunanalar