Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

SOCAR prezidentinin “CNN Türk”ə müsahibəsi – Video

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyəyə yatırdığı investisiyalar 20 mlrd. dolları ötəcək və bu investisiyalar Türkiyəyə böyük fayda verdiyi kimi Azərbaycana da fayda gətirəcək, Azərbaycan böyük gəlir əldə edəcək

Bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev“CNN Türk” kanalına müsahibəsində bildirib.

O vurğulayıb ki, Azərbaycan və Türkiyə ayrılmazdır və SOCAR özünü Türkiyədə yad hiss etmir.

R.Abdullayev bildirib ki, 100% dövlətə məxsus olan SOCAR-ın ən böyük investisiyalarını Türkiyəyə yatırması siyasi qərar idi və Azərbaycan dövlətinin istəyidir. “Ona görə ən böyük işlərimizi, investisiyalarımızı qardaş Türkiyəyə etməliyik və onu böyük enerji habına çevirməliyik”,- SOCAR prezidenti vurğulayıb.

O xatırladıb ki, 2008-ci ildə SOCAR 2,040 mlrd. dollar ödəyərək özəlləşdirmədə “Petkim”i (51%) alıb və bundan sonra Türkiyədə investisiyalara başlayıb. “Biz “Petkim”i alanda liman inşası, neft emalı zavodunun inşası, böyük təsis yaradılması kimi böyük planlarımız var idi. “Petkim”ə 7-8 ildir ki, hər il 100 milyonlarla dollar investisiya yatırırıq. 2011-ci ildə STAR neft emalı zavodunun tikintisinə başladıq. O zaman baş nazir olan Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Prezidenti İlham Əliyev birlikdə zavodun təməlini qoydular və onlar tez zamanda zavodu açacaqlarına inandıqlarını bildirdilər. İndi mən qürur duyuram ki, Türkiyə Prezidenti Rəcəb Tayyib ƏrdoğanAzərbaycan Prezidenti İlham Əliyev birlikdə 7 ildən sonra bu təsisin açılışını həyata keçirir. Bu layihə Türkiyədə tək nöqtəyə ən böyük investisiyadır. Artıq bu layihələrlə Türkiyədə ən böyük xarici investor olmuşuq. STAR işə düşdükdən sonra dövriyyəsi ildə 6-8 mlrd. dollar olacaq və neft məhsullarının idxalında Türkiyənin cari kəsirini 1,5 mlrd. dollar azaldacaq. STAR həm də Türkiyədə sənayenin inkişafında böyük rol oyandı. Təkcə zavodun tikintisi zamanı burada 20 min nəfər çalışıb, 2 700 şirkət işlərə cəlb edilib, ən əsası 2008-ci ildə Əliağada 80 min nəfər yaşayırdısa, bu gün burada 180 min nəfər yaşayır. Burada yeni şəhər yaradılıb. Əliağa indi “Petkim”ə birləşib. Bu, Türkiyənin iqtisadiyyatına, sənayeyə böyük təkan verib”,- SOCAR prezidenti əlavə edib.

O, artıq TANAP-la Türkiyəyə qaz verilməyə başlanıldığını, Avropaya qaz veriləcək hissənin gələn il başa çatdırılmasının nəzərdə tutulduğunu, Egey dənizinin ən dərin limanı “Petlim” limanı layihəsinin həyata keçirildiyini xatırladıb.

SOCAR prezidenti layihələrin bununla bitmədiyini, yeni neft-kimya layihəsinin həyata keçirilməsinin planlaşdırıldığını bildirib. Onun sözlərinə görə, “Petkim”in Türkiyənin neft-kimya sektorunda bazar payı 25% təşkil edir. “İnvestisiyası 3 mlrd. dollar nəzərdə tutulan Aromatiklər fabrikinin inşası ilə Türkiyənin neft-kimya sektorunda bazar payımız 45%-ə çatacaq”. SOCAR prezidenti bunun Türkiyənin cari kəsirini bir neçə milyard dollar azaldacağını vurğulayıb.

Abdullayev bildirib ki, enerji çatışmazlığı yaşayan Türkiyə bu layihələrin həyata keçirilməsi ilə artıq təkcə enerji istifadəçisi deyil, həm də enerji mərkəzinə çevrilir və bu da gələcəkdə enerji xərclərinin azalmasına böyük yardım edəcək.(Report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Gürcüstan prezidenti ölkəni bürüyən aksiyalara münasibət bildirdi

Ən çox oxunanalar