Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şirvanşahlar dövlətinə aid nadir eksponatlar Azərbaycana gətirilib

Şirvanşahlar dövlətinə aid olan və dünyanın müxtəlif muzeylərində saxlanılan nadir eksponatlar sərgidə nümayiş etdirilmək üçün Azərbaycana gətirilib

Bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən məlumat verilib.

Bildirilib ki, idarə "Şirvanşahlar irsi dünya muzeylərində" adlı sərgi təşkil edəcək. Tədbir "Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət" adlı beynəlxalq elmi konfrans çərçivəsində baş tutacaq.

Sərgi oktyabrın 23-24-də konfrans iştirakçılarının xüsusi ziyarəti, oktyabrın 25-dən isə ictimaiyyət üçün açıq olacaq.

İlk iki gün ərzində sərgidə dünyanın ən böyük muzeylərindən Azərbaycana gətirilən nadir eksponatlar nümayiş olunacaq. İstanbul Əskəri muzeyi tərəfindən təqdim olunan eksponatlar sərginin əsasını təşkil edəcək. Sərgidə Gürcüstan Milli muzeyindən gətirilən Pir Hüseyn xanəgahına məxsus kaşı nümunələri də nümayiş olunacaq.

Yüksək texnoloji metodlara əsaslanaraq texniki yeniliklər sayəsində "canlanan" eksponatlar, onların ehtiva etdiyi dərin məna və Şirvanşahlar Sarayının tarixi abu-havasını zənginləşdirəcək qədim musiqi alətlərində ifa olunan musiqilər, eləcə də öz tarixi, ilkin obrazını səsləyən konstruksiyalardan istifadə olunacaq.

"Şirvanşahlar irsi dünya muzeylərində" sərgisi 2019-cu ilin yanvarın 23-dək İçərişəhərdə, Şirvanşahlar Sarayı Kompleksində hər gün saat 9:00-dan 20.00-dək ziyarətçilər üçün açıq olacaq.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar