Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həştərxanda “Həştərxan-Azərbaycan qadın sahibkarlığı forumu” keçirilir

Oktyabrın 22-23-də Rusiyanın Həştərxan vilayətində keçiriləcək “Həştərxan-Azərbaycan: qadın sahibkarlığı forumunda” Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovanın rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti iştirak edir

Həştərxan vilayətini forumda Vilayət rəhbərliyində, vilayətin işgüzar həyatında fəal iştirak edən qadınlar təmsil edirlər.

Forum çərçivəsində “Qadın sahibkarlar əməkdaşlığın genişlənməsi və sosial-iqtisadi əməkdaşlıq” mövzusunda ekspert sessiyalar, biznes-sessiyalar və sərgilər keçiriləcək

Forumdan öncə tədbir iştirakçıları Həştərxan şəhərinin mərkəzində ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Həmçinin nümayəndə heyətinin üzvləri Ümummilli liderin abidəsinin yerləşdiyi parkda ağacəkmə aksiyasında iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində icra olunan sosial layihələrin bir hissəsi olan park 3 hektardan artıq ərazini əhatə edir və parkda müasir oturacaqlar, işıqlandırma, fontan quraşdırılmış, şəhər əhalisinin sevimli məkanlarından birinə çevrilmişdir. Parkda Ulu Öndər Heydər Əliyevin abidəsi ucaldılmış və abidənin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak etmişdir. Daha sonra parkın ərazisində Fondun təşəbbüsü və dəstəyi ilə “Meçta” uşaq əyləncə şəhərciyi və uşaq kafesi, “Azərbaycan-Rusiya Dostluq Körpüsü” inşa edilmişdir.

Daha sonra Həştərxan vilayətinin qubernatorunun iqamətgahında forumun açılış mərasimi baş tutmuş, açılışı Vilayətin qubernatoru vəzifəsini icra edən Sergey Morozov və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova etmişlər.

Həştərxan İşgüzar Qadınlar Assosiasiyası və Həştərxan vilayəti hökuməti tərəfindən təşkil olunan mərasimdə Həştərxan və Azərbaycanın işgüzar xanımları qarşılıqlı iqtisadi, biznes əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunmuş və bir sıra məsələlər üzrə razılıqlar əldə olunmuşdur.
Forum öz işini Həştərxan şəhərində yerləşən Azərbaycan İş Mərkəzində işgüzar görüşlərin keçirilməsi ilə davam etmişdir. Həmçinin Mərkəzdə yerləşən sərgi zalında “Made in Azerbaijan” brendi adı altında azərbaycanlı və həştərxanlı qadın iş adamlarının rəhbərlik etdikləri şirkətlər tərəfindən istehsal olunan məhsulların sərgisi təşkil olunub.

Forum öz işini 2 gün ərzində davam etdirəcək.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar