Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 76 nəfər ölüb

Bu ilin 9 ayında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, 2018-ci ilin 9 ayı ərzində respublika ərazisində 13 570 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1959 hadisə və ya 17% çoxdur.

Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 76 nəfər ölüb, 167 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 67 nəfər xilas edilib, 1267 nəfər təxliyə olunub.

Həmçinin 2018-ci ilin 9 ayı ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə 13398 çıxış olub. Yanğın hadisələri zamanı 62 nəfər ölüb, 127 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 23 nəfər və ya 59% çoxdur, xəsarət alanlar üzrə 38 nəfər və ya 23% azdır.

Məlumatda qeyd olunur ki, 2018-ci ilin 9 ayi ərzində respublika ərazisində 45 partlayış hadisəsi baş verib ki, bu da 2017-cı ilin müvafiq dövrü ilə müqayisədə 14 hadisə və ya 24% azdır. Partlayışlar zamanı 12 nəfər həlak olub, 37 nəfər xəsarət alıb.

pia.az


Etiket: FHN

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar