Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus dilində təhsilə maraq niyə artır? – Dəb naminəmi?..

Yoxsa azərbaycan dilində təhsil doğrudan dünya təhsil sisteminin standartlarına cavab vermir?

Ekspert: “Heç kəs inkar edə bilməz ki, Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir”.

“Əlbəttə, o da başa düşüləndir ki, bu kimi təkliflər ola bilsin doğma ana dilimizə olan məhəbbətdən, rəğbətdən və diqqətdən irəli gəlir. Lakin unutmayaq ki, bu kimi təkliflərə başqa rəng qatanlar, məna verənlər, onu siyasi məcraya yönəldənlər də az deyil”.

Bu sözləri son zamanlar valideynlərin rus dilində təhsilə olan marağını PİA.az-a şərh edərkən təhsiz üzrə ekspert Nadir İsrafilov söyləyib.

Son günlər rus dilində təhsil almağa maraq artmaqda və bu təbii olaraq cəmiyyətdə müzakirə obyektinə çevrilməkdədir. Bu yaxınlarda hətta bu məsləyə deputat Gövhər Baxşəliyeva Milli Məslisdə belə toxundu. Deputat uşaqların birinci sinifdən rus dilində təhsil almalarına qarşı olduğunu bildirərək Cənubi Azərbaycanda 35 milyon insanımızın ana dilində təhsil almaq uğrunda mübarizə apardığını da vurğulayaraq bizm burda ana dilində təhsil lmaqdan imtina etməyimizin anlaşılmaz olduğunu bildirdi. Həmçinin xanım deputat çıxışında onu da qeyd ki, xarici dildə təhsil almaq eyni zamanda həmin uşaqların yad mentalitet çərçivəsində böyüməsinə səbəb olur.

Qeyd edək ki, son illər Azərbaycanda rus dilində təhsilə doğrudan da maraq artmaqdadır. Sovet dönəmində olduğu kimi, yenidən Azərbaycanda rus dili bölməsində yer tapılmır və uşaqların rus dili bölməsinə qoymaq üçün valideynlər rüşvət daxil hər cür yola baş vururlar.

Təbii ki, hazırda yaranmış vəziyyət bəzi ziyalıları narahat edir və bu normal qəbul olunmalıdır. Çünki rus dilində təhsilə maraq artmaqla həm cəmiyyətdə doğma dilə olan hörmətin və verilən dəyərin azalmasına səbəb olur, həm də sovet illərində olduğu kimi cəmiyyətdə mədəni parçalanmanın yaranmasına səbəb olur. Digər tərəfdən rus dilində təhsilə marağın artması bir mənalı şəkildə Azərbaycan dilində təhsilin keyifiyyətinin aşağı olması rəyini formalaşdırır ki, bu da sonucda doğrudan dilimizdə təhsilin keyfiyyətinin aşağı düşməsinə daha çox təsir edir. Çünki valideylər azərbaycan dilində təhsilin keyfiyyətinin artırilmasını tələb etmək əvəzinə bütün vasitələrlə uşaqlarını rus dilində təhsilə qoymağa can atır. Bu da yuxarıda qeyd etdiyimiz kimi, cəmiyyətdə həm mədəni, həm də psixoloji parçalanam üçün zəmin yaradır.

Azərbaycan dilindəki təhsil rus dilindəki təhsildən çoxmu geri qalır, yoxsa valideynlər yenidən dəb dalınca qaçırlar?

Bu mövzu ilə bağlı PİA.az-ın əməkdaşı təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrənib.

Nadir İsrafilov: “ Əgər bəzi vətəndaşlarımız Azərbaycan dilinə biganəlik göstərərək, övladlarının rus dilində təhsil almaları üçün xüsusi canfəşanlıq göstərirlərsə, elə isə günahı niyə öz vətəndaşlarımızda deyil, məhz rus dilində axtarırıq?”

Təhsil eksperti Nadir İsrafiov rus dilində təhsilə marağın artmasında heç bir zərəli prosses görmədiyini dilə gətirərək qanunvericiliyə əsasən valideynlərin öz uşaqları üçün dil seçimi etməkdə sərbəst olduqlarını vurğulayıb:

“Dil seçiminə qoyulan hər hansı bir məhdudiyyət, dünyaya çıxışımıza qoyulan məhdudiyyət deməkdir. Hər şeydən əvvəl onu qeyd edim ki, hər hansı bir əsaslandırılmış təklifə, subyektif fikrə münasibətim müsbətdir.

Ola belə bir fikir və təkliflər məhz bizim tanınmış ziyalılarımız tərəfindən səsləndirilmiş olsun. Bununla belə Milli Məclisin deputatı Kamilə Əliyevanın “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun” təklifindən sonra bu açıqlama ətrafinda yaranan qalmaqallar hələ səngiməmiş, “EurasiaNet” xətti ilı Amerika, Rusiya və bir çox digər nəşrlərin Azərbaycanda rus məktəblərinin durumundan yazdıqları bir ərəfədə digər bir deputat Gövhər Baxşəliyevanın “birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır” kimi açıqlamasının heç də hamı tərəfindən birmənalı qarşılacağına o qədər də əmin deyildim və təxminlərim də özünü doğrultmuş oldu.

Heç kəs inkar edə bilməz ki, Azərbaycan dili bizim dövlət dilidir və bu dili hamı bilməlidir. Ancaq, istəsək də, istəməsək də razılaşmalıyıq ki, rus dilinə artmaqda olan maraq və ya başqa dildə desək valideynlərin müəyyən qrupunun övladlarının təhsillərini məhz rus dilində alması istəyi heç də o demək deyil ki, bunun əsas səbəbkarı və günahkarı məhz rus dilidir.

Bəli, son 5-10 ildə, xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu o deməkdirmi ki, rus dili ilə bağlı məsələləri yerli-yersiz gündəmə gətirib, təhsilimizdəki, bütövlükdə cəmiyyətimizdəki bütün problemlərimizi sanki başqa problemimiz yoxmuş kimi, bu dilə artan maraqla əlaqələndirək? Bizim elmimizin, mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini unutmaq və ya inkar etmək ən yaxşı halda belə ədalətsizlikdən başqa bir şey olmazdı.

Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var. Digər tərəfdən tolerantlıqda dünyaya nümunə göstərilirik, multikulturalizm dəyərlərini təşviq edirik, beynəlxalq forumlara ev sahibliyi edirik, “Rus dilinin intensiv tədrisi” layihəsi davam etdirilir, bunula bağlı yeni əmr belə imzalanıb, slavyan dilləri ilə əlaqəli bir universitetimiz və rusdilli iki filialımız olduğu halda, Azərbaycanda daha üç Rusiya universitetinin filialı açılmasını – Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun, Ali İqtisadiyyat Məktəbinin və Rusiya Dövlət Humanitar-İqtisadiyyat Universitetinin filiallarını açmağı planlaşdırırıq, bir yandan da dövlətlərarası münasibətlərə təsir göstərə biləcək təkliflər səsləndiririk. Bunu necə başa düşmək olar? Rus dilində təhsilə hər hansı bir məhdudiyyət qoyulması barədə təklifi irəli sürərkən sıx tarixi ənənələri ilə bağlı olan iki qonşu dövlət arasındakı münasibətlərə necə təsir göstərə biləcəyini də düşünməliyik.

Nadir İsrafilov: “Sanki, dini radikalizm meylləri azmış kimi, indi də “dil radikalizmi” yaratmaqla nəyə nail oluruq?”.

Digər tərəfdən onu da nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın ali təhsil müəssisələrində 15 minə yaxın azərbaycanlı tələbə təhsil alır, onlardan minə yaxını Rusiya Federasiyasının Federal büdcəsi hesabına oxuyur.

Əlbəttə, o da başa düşüləndir ki, bu kimi təkliflər ola bilsin doğma ana dilimizə olan məhəbbətdən, rəğbətdən və diqqətdən irəli gəlir. Lakin unutmayaq ki, bu kimi təkliflərə başqa rəng qatanlar, məna verənlər, onu siyasi məcraya yönəldənlər də az deyil. Sanki, dini radikalizm meylləri azmış kimi, indi də “dil radikalizmi” yaratmaqla nəyə nail oluruq? Dil seçiminə qoyulan hər hansı bir məhdudiyyət, dünyaya çıxışımıza qoyulan məhdudiyyət deməkdir.

Təhsil haqqında Qanunun “Valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər”, “Dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir” kimi müddəaları qəbul edərkən, bu barədə düşünmək lazım idi, nəinki indi “Birinci sinif uşaqlarının rus bölməsinə verilməsi yanlışdır”, “Azərbaycan məktəblərində rus bölməsi pullu olsun” kimi təkliflər səsləndirib, millət arasında fikir ayrılığı salmaqdansa, problemin məhz hansı yolla və hansı formada nizama salınması barədə düşünmək daha məqsədəuyğun olardı.##relatedPostMilli##

Bir də ki, Azərbaycanda olan 4472 orta məktəblərin 340-ında tədris rus dilində aparılır. Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir. Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Bakı şəhərində 310 ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı rus dilində aparılır. Rus bölməsi üzrə şagirdlərin sayı Bakı şəhəri üzrə təhsil alan ümumi şagird sayının 17 faizini təşkil edir.

Nadir İsrafilov: “Orta məktəblərin 7,6 faizində tədris rus dilində aparılır. Ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alır”.

“Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”ndə də birmənalı şəkildə qeyd olunub ki, tədris dili dövlət dili - Azərbaycan dili olsa da vətəndaşların və təsisçilərin istəyindən asılı olaraq Azərbaycan dili, Azərbaycan ədəbiyyatı, tarixi, coğrafiyası fənləri tədris olunmaq şərtilə tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.

Təklif nə qədər vətənpərvərlik, millətçilik xarakteri daşısa belə, bu günkü gerçəklikdə onun həyata keçirilməsi, istər təhsil qanunvericiliyi və təhsildə dövlət siyasətinin prinsipləri baxımından, istərsə də işlək mexanizminin olmaması baxımından o qədər də real görünmür.

Buna baxmayaraq bu mübahisələrin başlaması onu göstərir ki, bu gedişlə, bu xəmir hələ çox su aparacaq”. Bir mühüm məqamı da nəzərə almalıyıq ki, məktəblərimizin rus bölmələrində təhsil alan uşaqların böyük əksəriyyəti əsasən öz millətimizdən olanlardır. Əgər bəzi vətəndaşlarımız Azərbaycan dilinə biganəlik göstərərək, övladlarının rus dilində təhsil almaları üçün xüsusi canfəşanlıq göstərirlərsə, elə isə günahı niyə öz vətəndaşlarımızda deyil, məhz rus dilində axtarırıq?”.

Nərminə UMUDLU

Redaksiyadan: Biz hörmətli ekspert Nadir İsrafilovun bəzi fikirlərinə haqq veririk və doğrudan da hesab edirik ki, bu məsələdə bir mənalı yanaşma heç də doğru deyildir. Amma öz tərəfimizdən hörmətli ekspertin bəzi fikirləri ilə də razılaşmırıq. Onlardan biri də rus dilinin bizim üçün “mədəniyyət qapısı” olması ilə bağlı fikirlərdir. Bu iddiaları irəli sürənlər unudurlar ki, sadəcə tale bizi rus diliylə dünyaya açılmağa məhkum edib və bu zaman biz etiraf da etməliyik ki, rus dil dünya əhəmiyyətli mədəni dil deyil və bu dil özünün mədəni, elmi və texniki inkişafına olan ehtiyaclarını daha çox ingilis, alman, fransız kimi dillərdən əxz edərək ödəyir. Bu hər zaman belə olub və yəqin ki, elə də olacaq.

Qardaş Türkiyədə rus dili dominat rol oynamadığına görə bu ölkədə mədəni inkişafın olmadığını söyləmək də kökündən yanlış olar. Bu misalı kifayət qədər böyütmək də olar.. Ona görə də bizim rus mədəniyyəti və rus dili vasitəsi ilə mədəni irsimizin formalaşmasında rolunu böyütmək, daha doğrusu rus dili olmaszdısa yeni mədəni irsimizin formalaşmayacağı ilə bağlı iddilar kökündən yanlışdır.

Hesab edirik ki, Azərbaycanda rus dilində təhsilə olan marağın artmasının əsas səbəblərindən biri daha çox siyasi xarakterlidir. Diqqət edərsək son illərdə, Azərbaycanın siyasi elitası daha çox rus və ingilis dillərində danışmağa başlayıblar və bu da orta təbəqədə rus dilinə olan marağı günü-gündən artırmaqdadır...

pia.az



Şərh yazın.

Afərin

Rus dilini bilməyin eyibi yoxdu. Amma rus dilini bilib Azərbaycan dilinə xor baxmaq ən yaxşı halda meşşanlıqdır.

Şahin M.

Rus dili dünya texniki, iqtisadi və bədii ədəbiyyatına heç də ingilis dilindən geri qalmayan geniş çıxışdır. Müstəqillik elan olunandan sonra ölkəmizdə bir nəsil dəyişsə də, ingilis dili rus dilinə rəqib ola bilmədi. Hətta, Bakıdakı xarici şirkətlərin və təşkilatların əksər nümayəndəliklərində belə ünsiyyət dili ingilis deyil, rus dilidir. Övladına rusca ya ingiliscə təhsil vermək onun üzünə dünyadakı qabaqcıl təhsilin və biliklərin qapılarını açmaqdır, doğma dilimizə biganəlik deyil. Biganəlik evdə və məişətdə əcnəbi dildə danışmaq, azərbaycan dilində isə savadsız danışmaq və yazmaqdır. Bakıda İngilis dilli məktəblər çox bahadır, türk liseylərinə isə müsabiqə çox böyükdür ...


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Səhər yeməyi və şirinçayla bağlı mütəxəssisdən ilginc açıqlama

Ən çox oxunanalar