Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Star” NEZ-in açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir”

“Star” neft emalı zavodunun açılışı Türkiyə və Azərbaycan üçün əlamətdar hadisədir

Bu barədə Trend-ə tanınmış türkiyəli ekspert, professor Saleh Yılmaz deyib.

Ekspertin qiymətləndirməsinə görə, “Star” NEZ-in açılışı Türkiyə iqtisadiyyatı üçün böyük gəlir vəd edir: “Birgə müəssisəyə böyük investisiyalar qoyulub və bu layihənin iqtisadi məqsədəuyğunluğunu nəzərə alaraq, o, Azərbaycan və Türkiyə iqtisadiyyatına böyük gəlir gətirəcəkdir.

“Star” NEZ – güclü müəssisədir və onun açılışı ikitərəfli əməkdaşlığın miqyasını genişləndirəcək, energetika sahəsində qarşılıqlı fəaliyyətin əlaqələndirilməsini yaxşılaşdıracaq”.

S.Yılmaz qeyd edib ki, Türkiyə və Azərbaycan regionda və dünyada yaxşı tanınan beynəlxalq əhəmiyyətli böyük nəqliyyat layihələrinin həyata keçirilməsində yaxşı ikitərəfli əməkdaşlıq təcrübəsi əldə ediblər: “Bu, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləridir və onlar regionda və dünyada Azərbaycan və Türkiyənin iqtisadi maraqlarının irəlilədilməsi üçün böyük əhəmiyyət kəsb edir.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Bütün bu meqaproyektlərin bizim ölkələrə çox böyük gəlir gətirməsi ilə yanaşı, onlar həmçinin regionda sabitliyin saxlanmasında mühüm rol oynayırlar”.

Ekspert əlavə edib ki, Azərbaycan və Türkiyənin mühüm birgə meqaproyektləri sırasına regionun təhlükəsizliyinin təminatında ciddi əhəmiyyəti olan Trans-Anadolu kəməri (TANAP) daxildir.

S.Yılmaz bildirib ki, Türkiyə və Azərbaycanın birgə iştirakı ilə həyata keçirilən layihələr Türkiyə və Azərbaycan xalqlarının milli maraqları əsasında dayanan iki ölkənin birliyi və etibarlılığının göstəricisidir.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar