Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Nigeriyada xristian-müsəlman toqquşması

Nigeriyada xristianlarla müsəlmanlar arasında toqquşma baş verib

“Report”un məlumatına görə, hakimiyyət orqanları ölkənin şimalındakı Kaduna ştatında qeydə alınan toqquşması nəticəsində 55 nəfərin həlak olduğunu bildiriblər.

"Prezident Məhəmməd Buhari Kaduna ştatının Kasuvan-Maqani şəhərində icmalar arasında 55 nəfərin ölümü ilə nəticələnmiş sonuncu zorakılığı pisləyir", - deyə yayılan rəsmi məlumatda bildirilib.

Qanlı toqquşmalara yerli bazarda xristian və müsəlman malyükləyənlər arasında münaqişə səbəb olub.

Yerli sakinlərin sözlərinə görə, qarışıqlıqlar cümə axşamı başlayıb. Həmin vaxt iki nəfər həlak olub. Polisin hadisələrə operativ müdaxiləsi böyük sayda insan tələfatının qarşısını almağa kömək edib. Lakin həmin gecə Adara etnik qrupundan olan gənc xristianlar dəstə halında toplaşaraq müsəlmanların bir neçə evini yandırıblar. Bundan sona iki icma arasındakı qarşıdurmalar yenidən güclənib.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Cümə günündən başlayaraq ştatın rəhbərliyi tərəfindən şəhərdə komendant saatı elan edilib. Kaduna ştatının polis rəisi Əhməd Abdur-Rəhman talanlarla bağlı 22 nəfərin şübhəli şəxs qismində saxlanıldığını bildirib.

Qeyd edək ki, ölkədə terror qruplaşması da fəaliyyət göstərir. Daha əvvəl Nigeriyanın şimal-şərqində 833 uşaq "Boko Haram" terror qruplaşmasının girovluğundan azad olunub.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar