Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zaqataladakı kütləvi zəhərlənmə ailəvi istirahət mərkəzində baş verib?

Zaqatala rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib

Zəhərlənmə əlamətləri ilə Zaqatala RMX-nin Yolxucu xəstəliklər şöbəsinə gətirilən şəxslər ötən gün axşam saatlarında rayonun Qazangül inzibati ərazisində fəaliyyət göstərən “Hope Lake” ailəvi istirahət mərkəzində olublar.

Onlar ailəvi istirahət mərkəzində xəmir xörək və digər qidalar qəbul ediblər. Zəhərlənmə əlamətləri özünü ailə evə qayıtdıqdan sonra büruzə verib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

PİA.az “Report”-a istinadən məlumatına görə, hadisə oktyabrın 20-dən 21-ə keçən gecə Zaqatala şəhəri, 28 May küçəsi, ev 75 ünvanında qeydə alınıb.

Həmin ünvanda yaşayan 1994-cü il təvəllüdlü Qurban İbrahim oğlu Səmədov, 2001-ci il təvəllüdlü Böyükxan Ceyhun oğlu Ağaxanzadə, 1990-cı il təvəllüdlü Sara İbrahim qızı İbrahimova, 2016-cı il təvəllüdlü Zara Nicat qızı Səmədova, 2003-cü il təvəllüdlü Banuçiçək Ceyhun qızı Qasımzadə, 2006-cı il təvəllüdlü Aysu Ceyhun qızı Qasımzadə və 2017-ci il təvəllüdlü Ayxan Ceyhun oğlu Qasımzadə zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

Xəstəxanadan verilən məlumata görə, zəhərlənənlərin hamısı bir ailənin üzvləridirlər. Müayinə zamanı məlum olub ki, axşam yeməyindən sonra ikisi azyaşlı olmaqla 7 nəfərin vəziyyəti pisləşməyə başlayıb və onlarda zəhərlənmə əlamətləri müşahidə olunub. Diaqnozu dəqiqləşdirmək üçün onların hamısından ayrı-ayrılıqda nümunələr götürülərək analiz edilmək üçün laboratoriyaya göndərilib. Zəhərlənən şəxslərin hamısının müalicəsi xəstəxananın Yolxucu xəstəliklər şöbəsində aparılır, vəziyyətləri hazırda orta-ağır və orta-stabil qiymətləndirilir.

Bundan əvvəl Azərbaycan sərhədçiləri Xəzərİran gəmisinin zəhərlənmiş heyət üzvlərini xilas ediblər.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar