Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya azərbaycanlıları arasında yeni həmlə – Disporda nə baş verir?

Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü ilə son günlər ard-arda xaricdəki azərbaycanlıların təşkilatlarının birləşdirilməsi, birliyi məqsədi ilə hər ölkə üzrə Koordinasiya Şurası yaradılır

Artıq Almaniya, İsveçrə, Fransada yaşayan azərbaycanlıların koordinasiya şuralarının fəaliyyətinə start verilib.

Bəs bu niyə indi baş verir ?

Çünki komitənin 25 ildir mövcud olmasına baxmayaraq ötən illər ərzində xaricdə yaşayan soydaşlarımızın fəaliyyət tam koordinə edilməyib. Bu isə ona gətirib ki, xaricdə təşkilatlanan soydaşlarımız komitə ilə paralel şəkildə addımlaya bilməyib. Təbii, bu işdə soydaşlarımız arasında “günah keçisi” axtarmağa da dəyməzdi. Çünki birlik olmadığı təqdirdə “başsız atlı” heç vaxt aydınlığa vara bilmir.

Nəhayət, Azərbaycanın dövlət başçısı tərəfindən Diaspor Komitəsində aparılan son təyinatdan sonra pərakəndə və dağınıq formada çabalayan təşkilatları bir araya gətirilir.

Xaricdə yaşayan soydaşlarımızın aydınlığa çıxa bilməsi üçün vahid mərkəzdən paralel mexanizm şəbəkəsi yaratmağa nail olunur.

Koordinasiya Şurasının yaradılmasında məqsəd nədir?

Elə buradan başlayaq. Xarici ölkələrdə yaşayan azərbaycanlıların diaspor təşkilatlarının sayı ölkədən-ölkəyə fərqlidir. Məsələn, Qonşu Ukraynanı götürək. Orada yüzdən artıq diaspor təşkilatları fəaliyyət göstərir. Həmin təşkilatlar Azərbaycanla bağlı hansısa özəl günlərdə ayrı-ayrılıqda tədbirlər keçirir. Təbii, birinin digərinin gördüyü işdən xəbəri də olmur. Üstəlik bu qədər təşkilatın ayrılıqda Xocalı sıyqırımını, Qarabağ münaqişəsini gündəmə gətirməsi, həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq baxımından effekt vermir.

Eyni zamanda, Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması həm də proseslərə təsiretmə imkanlarını ortaya qoyur. Çünki birgə və bərabər addımlamaq, bütövləşmə baryerini aşmış olacaq.

Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov deyib ki, Koordinasiya Şurasının yaradılması çox vacibdir: “Hesab edirəm ki, bu, çox yaxşı addımdır. Çünki dünyada yaşayan azərbaycanlıların birgə addımlaması çox önəmlidir. Soydaşlarımız xarici ölkələrdə özünü təcridolunmuş hiss etməməlidir. Məhz bərabər şəkildə biri-birinə dəstək olmalıdırlar. Amma çox istərdim ki, bu işi Xarici İşlər Nazirliyi ilə Diasporla İş üzrə Dövlət Komitəsi birgə həyata keçirsin. Belə olan təqdirdə hər iki qurum biri-birilə bağlantı yaradacaq. Həmçinin Koordinasiya Şurasının yaradılması çox vacibdir. Koordinasiya Şurası təkcə diaspor təşkilatlarının yox, həm də iki qurumun qüvvələrinin toplanması üçün çox yaxşı şərait yaradır. Xarici İşlər Nazirliyinin adını ona görə qeyd edirəm ki, xaricdəki səfirliklərimizinşəbəkəsi çox genişdir. Onların xarici ölkələrdə işçiləri ezam olunub. Birbaşa əlaqələrin yaradılması üçün səfirliklərin daha geniş imkanları var. Çünki diaspor Komitəsi mütəmadi olaraq xarici ölkələrə gedib-gələ bilmir. Amma xarici ölkələrdə rəsmi olaraq səfirliklər mövcuddur. KoordinasiyaŞurasıının mövcud olması isə əlaqələri daha da möhkəmləndirəcək”.

Tanınmış diplomat, Azərbaycan Xalq Cümhuriyyəti tarixinin araşdırıcısı, Fransanın “Fəxri Legion Kavaleri” Ordenin sahibi Ramiz Abutalıbov Koordinasiya Şurasının vacibliyini bu cür xarakterizə edib. O qeyd edib ki, azərbaycanlıların Koordinasiya Şurası ilə hələ ki, yaxından tanış deyil: “Amma onu deyə bilərəm ki, Koordinasiya sözünün özü müsbət anlam ifadə edir. Ona görə də Azərbaycanlıların Koordinasiya Şurasının yaradılması çox yaxşı haldır. Məsələn, sadə misal gətirək. Xarici ölkədə yaşayan Azərbaycan təşkilatları hansısa günlə bağlı tədbir keçirir. Eyni anda hamısı tədbir keçirərkən effektli olmur və hansına gedəcəyini bilmirsən. Yaxud da etiraz mitinqi keçirmək istəyirlər. Bunu mütləq razılaşdırmalıdırlar. Bunun üçün Koordinasiya Şurasının mövcudluğuna ehtiyac var. Diaspor təşkilatları üçün bununirəli sürülməsi çox yaxşı ideyadır. Məsələn: Tutaq ki, Azərbaycan tarixi ilə bağlı kitab nəşr elətdirmək istəyirik. Bu zaman yaxşı olar ki, hər təşkilatın ağsaqqalı ilə məsləhətləşmə aparılsın. Ona görə də bu addımı alqışlayıram. Bu şəkildə yanaşma ümumi işimizin xeyrinədir. Diasporla iş üzrə Dövlət Komitəsinin bu addımını biz xaricdə yaşayan azərbaycanlılar alqışlayırıq”.

Mənbə: OPEN.AZ

pia.az


Etiket: Diaspor

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar