Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Merkuri planetinə kosmik missiya göndərilib

Fransız Qvineyasındakı “Kuru” kosmodromundan Günəş sisteminin ən kiçik planeti olan Merkuriyə iki kosmik aparatdan ibarət “Bepi Kolombo” adlı yeni missiya göndərilib

“Reuters” xəbər verir ki, kosmik aparatların fəzaya göndərilməsi “Ariane 5” raket daşıyıcısı vasitəsi ilə həyata keçirilib. Bu missiyanın göndərilməsi üçün hazırlıq işləri isə 10 il davam edib.

“Kolombo” Yaponiya Aerokosmik Agentliyi tərəfindən rusiyalı alimlərlə əməkdaşlıq şəraitində hazırlanıb. Bu aparat dörd il Merkurinin orbitində olan ABŞ-ın “Messenger” planetlərarası stansiyasını əvəz edəcək. Yenidən bu məsafəni qət etmək kosmik aparatın 7 ilini alacaq. Bu zaman ərzində isə Venera planetinin yaxınlığında iki dəfə dövrə vurmaqla onun tədqiqatı həyata keçiriləcək.

2025-ci ildə Merkuriyə yaxınlaşacaq iki aparatdan ibarət kosmik missiya bu planetin səthini və maqnit sahəsini öyrənəcək, müxtəlif orbitlərdə yerləşən süni peyklərlə paralel şəkildə fəaliyyət göstərəcək. Missiya, həmçinin planetlərin təkamül prosesi, nisbilik nəzəriyyəsinin bir neçə maddələri üzrə də araşdırmalar aparacaq.

pia.az


Etiket: Merkuri

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Qədr gecəsinin əməlləri: “İmkanı olanların süfrə açması məsləhətdir” 

Ən çox oxunanalar