Əfqanıstan Müstəqil Seçki Komissiyası bir sıra seçki məntəqələrində seçkilərin keçirilməsini oktyabrın 21-nə təxirə salıb
Həmin məntəqələrdə müxtəlif səbəblərdən şənbə günü səsvermənin keçirilməsi mümkün olmayıb.
Komissiyanın sədri Əbdül Badi Səyyad bildirib ki, oktyabrın 20-də yerli vaxtla saat 13-dək açıla bilməyən seçki məntəqələri bazar günü işləyəcək.
Qeyd edək ki, bu gün Əfqanıstan parlamentinin Aşağı Palatasına seçkilər keçirilir. Ölkənin paytaxtı Kabil şəhərində seçki məntəqəsinin yaxınlığında baş vermiş partlayış nəticəsində 1 uşaq ölüb, 29 nəfər yaralanıb.
Xatırladaq ki, Əfqanıstanda prezident seçkiləri 2019-cu ilin aprel ayında keçiriləcək.(report)
pia.az